Gülər Əhmədova haqqında səsləndirdiyim fikirlər Elşad Abdullayevin sifarişiylə etmişəm – ƏFLAN İBRAHİMOV

Sentyabrın 17-si Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb.
Azadmediatv.com-un xəbərinə görə, hakim Ş.Nəcəfova məhkəmə araşdırması zamanı tərəfləri dinləyib. Əflan İbrahimov çıxışında bildirib ki, sabiq millət vəkili, ictimai-siyasi xadim Gülər Əhmədovaya qarşı böhtan və iftiradolu çıxışını hazırda Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə həyata keçirib: “Gülər Əhmədova haqqında səsləndirdiyim fikirlər Elşad Abdullayevə məxsusdur. Bunu onuun sifarişiylə etmişəm. Hamı səhv edə bilər. Bu da mənim səhvim olub. Elşad Abdullayev sədri olduğum partiyada müavin idi. Bu hadisədən sonra onu partiya sıralarından xaric etdim. Mən bütün bu iftiralar üçün dəfələrlə həm mətbuat, həm də şifahi olaraq Gülər Əhmədovadan üzr istəmişəm. İndi isə məhkəmədə Gülər xanımdan üzr istəyirəm və barışıq təklif edirəm. Ümid edirəm ki, G.Əhmədova üzürümü qəbul edib məni bağışlayacaq. Məhkəmənin nəzərinə çatdırıram ki, məlum müsahibəni verərkən anlaqlı vəziyyətdə olmamışam”,- deyə o, bildirib.
Hakim Ş.Nəcəfova tərəflərin yazılı müraciəti əsasında işin icraatına xitam verib.
Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova Əflan İbrahimovu onu sosial şəbəkə üzərindən yayımlanan “LAF” TV-dəki çıxışına görə, məhkəməyə verib. Onun sözlərinə görə, Gülər Əhmədova haqqında sözügedən kanalda iftiradolu çıxışını hazırda Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayevin sifarişi ilə edib: “Elşad Abdullayev mənə dedi ki, gedərsən Ləman Əliəşrəfqızının yanına. O sənə çıxış üçün efir verəcək. Bəli, etiraf edirəm ki, E.Abdullayevin diqtəsiylə efirdə demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr və göstərişlərini yerinə yetirir. Guya Hafiz Hacıyevə 150 minə maşın alıb və s. Mən bütün bu iftiralar üçün Gülər Əhmədovadan üzr istəyirəm. Çıxış edən zaman anlaqlı vəziyyətdə olmamışam”,- deyə o, bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2021, 21:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2021, 21:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto