Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdi

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlama yayıb.
Açıqlamada deyilir:
Məlumat verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.
Ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilib, onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilib və müvafiq qaydada sənədləşdirilib.
M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilib. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinib və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunub.
Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərib və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina edib.
M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2020, 16:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2020, 16:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb