Hadı Rəcəblinin nəvəsinin toyunda Emin Ağalarov da iştirak edib - Ailədən AÇIQLAMA

Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.
RegionXəbərləri.com bildirir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Hadi Rəcəblinin ailəsi ilə əlaqə saxlayıb.
Ailədən sayta verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:
“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:
“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi-red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.
Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2020, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2020, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:15
Bu gün, 12:12
Bu gün, 08:13
Dünən, 11:34
Dünən, 08:26
Dünən, 08:25
Dünən, 08:20
31-08-2025, 14:13

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video