Oleq Bakinski həbsdən buraxıldı - Foto

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədənkənar keçirilən iclasda belə qərar qəbul edib.
Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.
Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Oleq Krapivin ötən ilin avqustunda Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Oleq Bakinski həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilib. Ukraynalı Oleq Bakinski 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Kuçer Konstantin Antonoviç isə eyni Məcəllənin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham edilirdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2025, 20:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto