“Mərsiyə oxuyur, ağlaşma qurur” sözlərinə - Cavab verdi

“Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur”.
RegionXəbərləricom.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirərkən deyib.
Xanəndə deyib ki, əslində, bu məsələ məhkəməlikdir: “Azərbaycan musiqisinin bir anası var, bir də atası... Biri muğamdır, o biri aşıq musiqisi. Sənin də bunlardan xəbərin yoxdur və ağzına gələni danışırsan. İndi neynəyək? Bircə yol var, o da məhkəmə. Amma vaxtım yoxdur. Belə adamlara baş qoşsam, konsertlərimi verə bilmərəm. Əli kimdir ona baş qoşum?
Mən Heydər Əliyev Sarayında muğam konsertləri verəndə yerimə səhnədə Əli Mirəliyev oxuyurdu? Mahnıları mən oxuyurdum, muğamları Əli Mirəliyev? Adamın sənəti, işi olmayanda ağzına nə gəldi danışar. İnsan bekar olanda, sənəti, işi olmayanda kənardan hər şeyə söz atır. Çünki vaxtı var, onu necəsə yola verməlidir”.
Qeyd edək ki, Ə. Mirəliyev E. Abdullayevanın ünvanına deyib ki, Elnarənin gözəl səsi, gözəl avazı var, amma muğam oxuya bilmir: “Mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var, ancaq onun oxuduğu muğam yox, mərsiyədir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2025, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto