HƏLƏ DƏ BÜDRƏYƏN SƏFƏRBƏRLİYİMİZ: SHXÇDX-nin TƏRƏZİSİ DƏ `VURUR` - ETİRAZ VAR...

Elə keçən həftə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlandı.
Həmin məlumatlardan aydıln oldu ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.
Yəni bütün bunlar indi baş verir... Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırki rəhbərliyinin hökmranlığı altında.
Lənkəran rayonunun Osaküçə kənd sakini Xanağa Həsənov deyir ki, 2006-cı il təvəllüdlü nəvəsi Kamal Həsənov bu günə qədər keçirilən dörd hərbi çağırışda səhhətindəki problemə görə xidmətə yararsız hesab edilib. Lakin sonuncu müayinədə o, hərbi xidmətə yararlı kimi qeydə alınıb.
Vətəndaşın sözlərinə görə, Kamal Həsənov hərbi komissarlıqda keçirilən yoxlamalar zamanı 44 kilo 300 qram çəkidə olub. Buna baxmayaraq, tibbi sənədlərdə onun çəkisi 45 kilo 700 qram göstərilib.
Bundan əlavə, Kamal Həsənovun əl və qol əzələlərində gücsüzlük olduğunu bildirən baba, həkimlərin səhlənkarlığından da narahatdır.
Həsənov mətbuat vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, bu məsələnin araşdırılmasını və nəvəsinin qanunsuz olaraq hərbi xidmətə aparılmasının qarşısının alınması üçün tədbir görülməsini xahiş edir.
Məsələ diqqətimizdədir...
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2025, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto