Əsirlikdə olan israilli hərbçilərin varlığı baş nazir Benyamin Netanyahu üçün daima təzyiq aləti olacaq.

Yaxın Şərqdəki olaylara fərqli reaksiyalar var. İran və Suriya birmənalı şəkildə Həmas qruplaşmasının İsrailə hücumunu dəstəkləyib. Türkiyə tərəfləri mülki insanların ölümünə yol açan müharibənin dayandırılması çağırışını edib. Oxşar açıqlama Rusiya və Çindən gəlib. Ayrıca bu dövlətlər İsraillə bərabər Fələstin dövlətinin də tanınması vacibliyini bildiriblər. ABŞ İsrailə əlavə silah və hərbi texnika göndərməyi planlaşdırır. Vaşinqton İsrailə qarşı ikinci cəbhə açmağa həvəs göstərən Hizbullah qruplaşmasını və onun arxasındakı gücləri xəbərdar edib. Bu arada, bu müharibədə ən böyük problemlərdən biri əsir və girovların necə azad olunacağı məsələsidir. Həmas qruplaşması onlarla israilli hərbçini əsir götürərək onları Qəzza bölgəsinə keçirib, İsrail isə Həmas qruplaşmasının onlarla üzvünü həbs edib. Həmas İsrail həbsxanalarındakı üzvlərinin tamamının sərbəst buraxılması qarşılığında israilli hərbçiləri azad etməyə razılaşa bilər. İsrail hökumətnin buna razılaşacağı ehtimalı azdır. Çünki İsrail onlarla hərbçisini geri qaytarmaq istəsə də, həbsxanalarındakı illərlə yatan minlərlə Həmas üzvünü sərbəst buraxmaq istəməyəcək. Ancaq əsirlikdə olan israilli hərbçilərin varlığı baş nazir Benyamin Netanyahu üçün daima təzyiq aləti olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2023, 08:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video