Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olunub.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs edilmiş Dünyamaliyev Cavid İlqar oğlunun müdafiəçisinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılaraq, təmin olunmayıb.
Məlum olur ki, C.Dünyamalıyev Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş qrup üzvlərindən yalnız biridir.
Qeyd olunan şəxslər Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirib, sahibliklərində olan xüsusi serverlərə ötürmüşlər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.
Qeyd edək ki, dünyada kibercinayətlərin artmaqda olduğu bir vaxtda ilk dəfə 2024-cü ildə Oksford Universitetinin təşkilatçılığı və 92 ixtisaslaşmış beynəlxalq ekspertin iştirakı ilə 3 illik təhlillərin nəticəsi olaraq kibercinayətkarlıqla mübarizə vəziyyəti və əlaqəli kriteriyalar üzrə “Dünya Kibercinayətkarlıq İndeksi” tərtib edilərək yayımlanıb.
İndeksə əsasən, Rusiya, Ukrayna, Çin, ABŞ, Nigeriya, Ruminiya kimi ölkələr kibercinayətkarlıq təhlükəsinin daha yüksək olduğu dövlətlər sırasında qeyd edilib. Azərbaycan ümumi sıralamada 0.13 indeks göstəricisi ilə Lüksemburq və Yaponiya kimi ölkələrlə birgə ən yaxşı göstəricilərə malik dövlətlər sırasında indeksləşdirilib.
Ötən müddətdə Azərbaycan dövlət strukturları tərəfindən kibercinayətkarlığa qarşı ciddi institusional, preventiv və prosessual tədbirlər həyata keçirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2024, 10:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb