Hacı Əliyevin səhhətində problem yarandı - Foto
Hacı Əliyevin gözünə mikrob düşüb, üzü şişib. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.
Bu barədə İdman.biz-ə 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.
O, hazırda özünü normal hiss etdiyini bildirib: "Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə gözüm partladı. Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək davam etdirdim. Buna görə də gözümə mikrob düşüb. İnfeksiya nəticəsində də bütün üzüm şişib. Həkimlərin nəzarəti altında ev şəraitində müalicə alıram. Onlar bildirdilər ki, bu hal 3-4 gün ərzində keçəcək".
Qeyd edək ki, Hacı Əliyev (65 kq) Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2024, 00:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...