Agentlik diplomu tanınmayan universitetlərin siyahısını açıqlayacaq
Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq.
Bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə deyib.
Onun sözlərinə görə, vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar:
"Yaxın günlərdə Agentlik həmin universitetlərin siyahısını dərc edəcək. Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələri saytda yerləşdirəcək. Artıq burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək. Bununla da vətəndaşlar daha dəqiq məlumat alacaqlar".
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2024, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb