Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - Video

Bişkekdə saxlanılan mütəşəkkil cinayətkar qrupun 5 üzvü Azərbaycana təhvil verilib.
“Sputnik Qırğızıstan” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.
Bildirilir ki, sözügedən şəxslər “Manas” beynəlxalq hava limanında Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndələrinə təhvil veriliblər.
Xatırladaq ki, martın 23-ü Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Məlumata görə, onlardan Əsgərov M.O. kriminal aləmdə tanınmış şəxsdir və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlibmiş.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2024, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb