Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmdə qanun pozuntuları müəyyən edib, yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.
Həmin pozuntular sırasında işə baxan hakim Azad Məcidova etirazın qəbul edilməməsi və ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin hüquqlarının pozulması kimi məsələlər var idi.
Geri qayıdan cinayət işi bu dəfə hakim Rasim Sadıxovun icraatına verilib. Hazırlıq iclasında müdafiə tərəfi işdəki pozuntuları sadalayıb, hakim dəyişikliyindən başqa digərlərinin qaldığını deyiblər.
Hakim heyəti müdafiə tərəfi ilə razılaşıb, işi araşdırmaqdan imtina ediblər. Qərara əsasən, qanun pozuntularının aradan qaldırılması məqsədilə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Bu müddət ərzində təqsirləndirilən şəxs haqda seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-04-2024, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb