“Heç kim havadan pul vermir”
“Əgər bir ölkədə vətəndaşın təhlükəsizliyi təmin edilmirsə, onu digər hansı hüquqlarla təmin etmək olar? İstər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı ölkəmizdə həm Ermənistan, həm də onun havadarları tərəfindən sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərdilərsə, nə qədər terror törətməyə çalışdılarsa, hüquq-mühafizə orqanlarımız bunu aradan qaldırdılar”.
Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanı həmçinin müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: “Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırdı. Azərbaycanda terror keçirilməsinə icazə verilmədi.
Rusiyadakı hadisələrdən sonra xaricdə oturan bloqerlər, ölkədə oturan bəzi siyasi partiya rəhbərləri, QHT nümayəndələri bu məsələlərdə cəhdlə çalışırlar ki, kaş terror Azərbaycanda da olardı. Terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır. Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınıb, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı addımların atılmasına istifadə olunacaq. Heç kim havadan pul vermir, verilən pulların sifarişi də var”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2024, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb