“Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcək.
RegionXəbərləricom.az “Report”a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun bu ölkənin “Svenska Dagbladet” qəzetində dərc olunan məqaləsində yer alıb.
Diplomat məqaləsində Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini xatırladıb.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Z.Əhmədov rəsmi Bakının yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə məlumat verib.
Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın daha öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu, hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında sədrlik etdiyi də diqqətə çatdırılıb.
Habelə, ölkənin Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, Formula 1, Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2024, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb