reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 27 sentyabr

reklam

Bürclər- 27 sentyabr














Qoç, 27 oktyabr, 2023-cü il

Bu gün  fikir ayrılıqları və mübahisələr olmadan keçməyəcək.

Və maraqlısı  budur ki, çox vaxt onların təşəbbüskarı siz olacaqsınız. İşlə bağlı məsələlərin müzakirəsi uzun müddət uzana bilər.

Hamının xoşuan gələ bilən həll yolunu tapa bilməyəcəksiniz. Buna baxmayaraq,  münaqişələrdən qaçmaq, müttəfiqlərinizlə yaxşı münasibətlər saxlamaq və heç kimi incitməmək üçün bir yol tapacaqsınız.

Günün ikinci yarısında yeni ideyalar yaranacaq.

Siz bu ideyaları tez bir zamanda həyata keçirmək istəyəcəksiniz. Şərait qətiyyətli hərəkətlər üçün əlverişli olacaq.

Yaxınlıqda sizə kömək etməyə hazır olan insanlar olacaq. Odur ki, vaxtınızı boşa keçirməyin.

Buğa, 27 oktyabr, 2023-cü il

Günün başlanğıcı sizi xoş xəbərlərlə sevindirəcək. Çoxdandır görmədiyiniz insanlardan xoş xəbərlər alacaqsınız.

Maraqlı təkliflər də gözlənilir.

Çox tərəddüd etmədən onlarla razılaşacaq, peşman olmayacaqsınız. İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər və uğurlu danışıqlar gözlənilir.

Günün ikinci yarısı sürprizlərlə dolu olacaq. Çox sevinəcəyiniz gözlənilməz pul qəbzləri və hədiyyələr ala bilərsiniz.

Günü ikinci yarısı həm də, qonaqları qəbul etmək və həmfikir insanlarla görüşmək üçün yaxşıdır.

Əkizlər, 27 oktyabr, 2023-cü il

Günün əvvəlində sakit qalmaq asan olmayacaq.  Xırda şeylərə xüsusilə kəskin reaksiya verə bilərsiniz.

Maraqlısı budur ki, bu gün nədənsə, başqa vaxtlar diqqət belə  yetirməyəcəyiniz şeylərə görə əsəbiləşəcəksiniz.

Bəzi Əkizlər də inanılmaz dərəcədə həssas olacaqlar . Bu isə, insnalarla münasibətləri çətinləşdirəcək.

Günortadan sonra müsbət tendensiyaların təsiri nəzərəçarpacaq dərəcədə artacaq. Səbirsizliklə gözlədiyiniz xəbəri alacaq, özünüzü daha inamlı və sakit hiss edəcəksiniz. Vacib görüşlər yaxşı keçəcək, yeni tanışlarla ortaq dil tapmaq sizin üçün çətin olmayacaq.

Xərçəng, 27 oktyabr, 2023-cü il

Günün əvvəlində ciddi əhval-ruhiyyəyə girmək çətin olacaq.

Ətrafınızda insanlar bu gün diqqətinizi çox dağıdacaq. Bu isə ciddi səhvlərə yol verməyinizlə nəticələnə bilər.

Başqaları sizin istedad və qabiliyyətlərinizdən öz maraqları üçün istifadə etməyə çalışacaq.

Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Yeni tanışlıqlar zamanı  insanların məqsəd və niyyətlərini asanlıqla təxmin edə biləcəksiniz.

Yaxınlarınız bir çox ideyalarınızı həvəslə dəstəkləyəcək və istənilən təklifə müsbət cavab verəcəklər.

Şir, 27 oktyabr, 2023-cü il

Günün əvvəlində çətin işlərin öhdəsindən gələcəksiniz.  Bəzi çətinliklər yaransa belə, hər şeydən əl çəkmək istəmyəəcəksiniz.

Qətiyyət nümayiş etdirəcək, məqsədinizə çatmaq üçün can yandıracaqsınız.

Yaxınlıqda kömək üçün müraciət edə biləcəyiniz insanlar olacaq.

Onları diqqətini öz üzərinizə çəkməyin yolunu bilirsiniz.

Yaradıcılıq, ixtiraçılıq və əzmkarlığın tələb olunduğu yerlərdə nəzərəçarpacaq uğura nail olacaqsınız.

Günortadan sonra ehtiyatlı davranacaq, lazımsız risklərdən qaçacaqsınız.

Həyatınızda köklü dəyişikliklər etməzdən əvvəl iki dəfə düşünün.

Qız, 27 oktyabr, 2023-cü il

Günə sizi ruhlandıran işlərlə başlayın. Siz onların öhdəsindən mükəmməl şəkildə gələcəksiniz və heç bir maneə istədiyiniz nəticəni əldə etməyinizə mane olmayacaq.

Ətrafınızdakılara niyə bu şəkildə davrandığınız  aydın olmayacaq.

Kimsə sizin yolunuzda dayanmağa cəsarət etməyəcək.

Günün ikinci yarısı müstəqil fəaliyyət, başqalarını təəcübləndirən problemləri həll etmək üçün əlverişli zamandır. Gözlənilməz mənbələrədn nağd pul ala bilərsiniz.   Eyni zamanda uğurlu əməliyyatlar və satınalmalar da istisna edilmir.

Yaxınlarınızla münasibətlər ahəngdar şəkildə inkişaf edəcək.

Tərəzi, 27 oktyabr, 2023-cü il

Günün başlanğıcı anlaşılmazlıqlar və xırda problemlər olmadan keçməyəcək.

Səhəri iş problemlərinin həllinə həsr edəcək Tərəzilər daha çox problemlər qarşılaşacaqlar.

Üzülməyin, sizin üçün doğru olanı edin.  Tezliklə onlar yaxşılığa doğru dəyişiklikləri görəcəksiniz.

Müsbət tendensiyaların təsiri sürətlə artacaq.

Günün ikinci yarısı xoş və perspektivli olacaq. Həm biznesdə, həm də şəxsi münasibətlərdə təşəbbüs göstərmək üçün uyğundur. Ən qeyri-adi fikirlərinizi başqaları ilə bölüşməkdən qorxmayın.

Ətrafınızdakı insanlar planlarınızı həyata keçirməyə kömək edəcəklər.

Əqrəb, 27 oktyabr, 2023-cü il

Günün başlanğıcı sakit və məhsuldar olacaq. Gündəlik işlərinizi günün birinic yarısı həll edib, bitirməyə çalışın.

Çünki bu saatlarda  hər gün etdiyinizişlər sizə darıxdırıcı və yorucu görünməyəcək, diqqətinizi yayındırmayacaq və başladığınız işi vaxtında bitirəcəksiniz. Köhnə tanışlarla ünsiyyət üçün də əlverişli dövr olacaq. Mübahisələr üçün heç bir əsas olmayacaq.

Günün ikinci yarısı gözlənilməz hadisələrlə nəticələnəcək. Onlara görə planlarınızı dəyişdirməli olacaqsınız və bunu məmnuniyyətlə edəcəksiniz. Axşam uzun müddət darıxdığınız insanla görüş gözlənilir.

Oxatan, 27 oktyabr, 2023-cü il

İşgüzar ünsiyyət üçün münasib gündür. Bütün danışlqar, hətta ümidsiz olduğunuz söhbətlər belə uğurlu olacaq. Yeni tanışlarda xoş təəssürat yarada biləcəksiniz. Tezliklə maraqlı təkliflər ala bilərsiniz.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri nəzərə çarpacaq.

Lakin anlaşılmazlıqlar da gözlənilir.

Əvvəllər asanlıqla ortaq dil tapdığınız insanlar indi sizi səhv başa düşə bilərlər. Hər şeyi vaxtında aydınlaşdıracaqsınız, ona görə də heç bir şikayət və ya inciklik olmayacaq.

 

Oğlaq, 27 oktyabr, 2023-cü il

Günün birinici yarısı gərgin keçəcək.  Bu saatlarda işdə xırda fikir ayrılıqları və yaxınlarınızla mübahisələr ola bilər.

Ancaq narahat olmayın,  vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Anında qərar verməyi bacarın.  Keçici istəklərinizi idarə etməyi öyrənin.Emosional qərar verməyin.

Günün ikinci yarısı sizi sevindirəcək. Günün ikinci yarısında bir çox Oğlaqları yaxşı xəbərlər və işgüzar təkliflər, həmçinin nağd pul daxilolmaları gözləyir.

Uğurlu səfərlər mümkündür. Ətraf mühiti dəyişmək faydalı ola bilər.

Səyahətə çıxsanız dərhal özünüzü daha şən və enerjili hiss edəcəksiniz.

Dolça, 27 oktyabr, 2023-cü il

Günün əvvəlində mühüm söhbətlər aparmayın. Başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaq həmişəkindən daha çətin olacaq. Xırda məsələlərdə fikir ayrılıqları ola bilər.

Eyni zamanda köhnə problemlər sizi təqib edə bilər.

Onları həll etmək üçün hər şeyi bir kənara qoymalı olacaqsınız.

Günün ikinci yarısı uğurlu olacaq. Çətin işlərin öhdəsindən necə gələcəyinizi tez başa düşəcəksiniz və əvvəllər başladığınız işi başa çatdıracaqsınız. Ailədə xoş hadisələr, ən yaxın insanlardan biri ilə bağlı xoş xəbərlər ola bilər. Axşam romantik görüş üçün münasibdir.

Balıq, 27 oktyabr, 2023-cü il

Gün dolu keçəcək və məhsuldar olacaq. Demək olar ki, hər şey  gözlədiyinizdən daha yaxşı olacaq. Çaşqınlığa yol verməyin.  Ulduzların dəstəyindən yararlanın.

Çoxdan qarşıya qoyduğunuz məqsədlərə çatacaqsınız. İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözlənilir.

Əvvəllər rəqabət apardığınız insanlar birdən-birə sizin tərəfinizdə olacaqlar.

Günün ikinci yarısında nağd pul alacaq, maliyyə məsələlərinin uğurla həll edəəcksiniz.Alış-veriş etdiyiniz zaman seçiminizdə səhv etməyəcəksiniz. Tam olaraq sizi və yaxınlarınızı uzun müddət sevindirəcək hər şeyi alacaqsınız.




Paylaş:


Müəllif : Tarix:
26-10-2023, 23:08
Sikayət   


loading...
Загрузка...