reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 10 oktyabr

reklam

Bürclər- 10 oktyabr













Qoç, 10 oktyabr, 2023-cü il

İstənilən görüşlər günün birinci yarısına planlaşdırılmalıdır. Günün birinci yarısı başqaları ilə anlaşmaq, həm yaxın adamlarla, həm də yeni tanışlarla nəyisə razılaşdırmaq asan olacaq. Səfərlərə də gedə bilərsiniz. Bu səfərlər gözlədiyinizdən də yaxşı gedəcək.

Günün ikinci yarısında özünüzlə tək qalmaq istəyəcəksiniz. Vacib bir şey haqqında düşünəcək, planlarınızın asılı olacağı ciddi qərarlar qəbul etməli olacaqsınız. Pulla bağlı hər şeydə diqqətli olmalısınız. Planlaşdırılmamış alışlardan qaçın və xərcləri azaltmağa çalışın.

Buğa, 10 oktyabr, 2023-cü il

Biznesdə əzmkarlıq göstərin.

Bu yaxınlarda tamamilə fantastik görünən bir neçə şeyə nail olacaqsınız. Bu gün səfərlərə çıxan və ya bəzi qeyri-adi tədbirlərə qatılan Buğa bürcü üçün xoş tanışlıqlar vəd edir.

Yeni və maraqlı layihələr həyata keçirmək imkanı yaranacaq.

Bürcün bəzi nümayəndələri öz istedadlarını nümayiş etdirmək üçün gözlənilməz imkanlar əldə edəcəklər.

Sevdiklərinizlə ünsiyyətdən zövq alacaqsınız.

Onlar səylərinizi dəstəkləyəcək, əla məsləhətlər verəcək və ən yaxşı şəkildə necə davranacağınızı söyləyəcəklər.

Günorta ailə tədbirləri üçün münasibdir.

Əkizlər, 10 oktyabr, 2023-cü il

Gün vacib məsələlər üçün münasibdir. Bu gün vacib işlərin həyata keçirilməsi düşündüyünüzdən də asan olacaq.

Şəraitiniz yaxşı olacaq. Gözəl ideyalar vaxtında ortaya çıxacaq, etibar edə biləcəyiniz insanlar ətrafınızda olacaq. Keçmiş tanışlar ciddi məsələlərin həllində məmnuniyyətlə kömək edəcəklər.

Sıxıntılarınız ola bilər, belə bir vəziyyətdə  hətta yeni tanış olduğunuz insanlar belə, sizdən yardımlarını əsirgəməyəcəklər.

İstirahət edə bilmək üçün gününüzü planlaşdırmağa çalışın.   Bu sizin üçün  faydalı olacaq.  Beyninizdən, düşüncələrinizdən narahatlıqlaır silməyə çalışın.   Bunun üçün qısa səfərlərə çıxmağınız tövsiyyə edilir.

Dostlarınız yanınızda olmaqdan məmnun olduqlarını dilə gətirəcəklər.

Xərçəng, 10 oktyabr, 2023-cü il

Günün əvvəlində xırda şeylərə görə əsəbləşməyin. Günün birinic yarısı sakit, səssiz keçməyəcək.

Bu zaman fikir ayrılıqları, mübahisələr, yaxınlarınızla xoşagəlməz söhbətlərin olması gözlənilir.

Ağır maliyyə itkiləri və uğursuz əməliyyatlar gözlənilir.

Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq, özünüzü daha inamlı və daha sərbəst hiss edəcəksiniz.

Günün ikinci yarısı sizi sevindirəcək. Bu zaman xoş görüşlər gözlənilir.  Bəzi Xərçənglər uzun müddət darıxdıqları insanlarla ünsiyyət qura biləcək və ya köhnə əlaqələri bərpa edə biləcəklər. Bu vaxt ev işləri, təmirə hazırlıq və ya onun başlanğıcı üçün əlverişlidir.

Şir, 10 oktyabr, 2023-cü il

Bu gün ətrafınızdakıların düşüncələrini baaş düşməkdə çətinlik çəkməyəcəksiniz.

İntuisiya sizə yeni tanışlarla tez bir zamanda ümumi dil tapmağa və əvvəllər yalnız rəsmi münasibətlər saxladığınız insanlarla dostluq etməyə kömək edəcək.

Yaxınlarınız sizin ideyalarınızı həvəslə dəstəkləyəcək və onları həyata keçirməyinizə kömək etməyə çalışacaqlar.

Romantik münasibətlər sferasında müsbət meyllər güclü olacaq. Bu gün ilk görüşə gedə bilər və yaxud çoxdan tanıdığınız, sevdiyiniz biri ilə vaxt keçirə bilərsiniz.

Amma hər bir halda sizi gün içində çoxlu xoş emosiyalar və parlaq təəssüratlar gözləyir.

Qız, 10 oktyabr, 2023-cü il

Özünüzə vaxt ayırın.  Başqalarının sizi tələsdirməsinə və yaxud sıxışdırmasına imkan verməyin.

Əgər şüurlu qərarlar qəbul etsəniz, keçici emosiyaların təsiri altında vədlər verməsəniz, bir çox işlərdə uğur qazanacaqsınız.

Planları dəyişdirməzdən əvvəl bunun sizə həqiqətən faydası olub olmadığını düşünün. Şəraitə uyğunlaşmaq yox, onları dəyişdirməyə çalışmaq daha yaxşıdır. Bunu yaxın günlərdə  dərindən başa düşəcəksiniz.

Gün təhsil və yaradıcılıq üçün əlverişli olacaq.

Bəzi vacib məlumatları əldə edəcək və düzgün nəticələr çıxara biləcəksiniz. Bir çox Qız bürcünün çoxdan öyrəndiklərinə  bu gün ehtiyacı olacaq.

Tərəzi, 10 oktyabr, 2023-cü il

Sizi yaxşı, lakin olduqca yorucu bir gün gözləyir. Günün çox hissəsini  darıxdırıcı şeylərə həsr edəcəksiniz.

Onları ciddiyə almağa çalışsanız da, vaxtaşırı diqqətiniz dağılacaq. Buna görə də kiçik səhvlər edə bilər, çatışmazlıqlarla qarşılaşa bilərsiniz.

Hər şeyi yenidən sınamaq üçün tənbəllik etməyin.

Keçmiş dostlarınız sizi şad xəbərlərlə sevindirəcək. Maraqlı səyahətə çıxa bilərsiniz.

Bu günlərdə çoxdan iştirak etmək istədiyiniz tədbirə dəvət ala bilərsiniz.

Günün ikinci yarısında qeyri-adi tanışlıqlar gözlənilir.   Bu gün olan tanışlıqlar romantik bir münasibətə çevrilə bilər.

Əqrəb, 10 oktyabr, 2023-cü il

Günə vacib söhbətlərlə başlamayın.  Çünki səhər ən yaxın adamlar belə sizi səhv başa düşə, məsum sözlərdən inciyə, xahişlərə məhəl qoymaya bilərlər.

Lakin zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq və günortadan sonra başqaları ilə razılığa gəlmək xeyli asanlaşacaq.

Yaxşı fikirlər ortaya çıxacaq. İntuisiyanıza qulaq asın.

İntuisiya sizə planlarınızı dəyişdirmək üçün yol göstərəck. Bu günlərəd yeni layihələrə başlaya bilərsiniz.

Axşam saatlarında yaxınlarınızdan birinin yardımınıza ehtiyacı ola bilər.

Oxatan, 10 oktyabr, 2023-cü il

Qərar verməyə  tələsməyin. Günün başlanğıcı uğurlu olacaq.

Sağlam düşüncə və maliyyə ilə bağlı  yerlərdə diqqətli olmaq çox önəmlidir.

Razılaşmaya gəlməmişdən və yaxud bir şey satın almamışdan əvvəl, bütün lazımi məlumatları topladığınızdan əmin olun.

Vəziyyəti anlayın və başqasının məsləhətinə əməl etməyin.

Günün ikinci yarısı kifayət qədər yorucu ola bilər.

Çünki təkcə öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalı olacaqsınız. Sakit qalmağa çalışın. Xırda şeylərdən narahat olmasanız, hər şeyi idarə edəcəksiniz.

Oğlaq, 10 oktyabr, 2023-cü il

Gününüzü ən vacib və çətin işlərlə başlayın.

Onları yaxşı şəkildə yerinə yetirəcəksiniz. İstədiyiniz nəticəni əldə etmək üçün çox çalışmaq lazım deyil. Vəziyyətlər sizin üçün ən yaxşı şəkildə düzələcək. Çox şey asan olacaq. Köməyə ehtiyacınız varsa, çox gözləməli olmayacaqsınız.

Günün ikinci yarısında dincəlmək imkanınız olacaq. Dostlar və digər yaxınlarınızla görüşlər sizi sevindirəcək.

Yeni tanışlarla ünsiyyət xoş və rahat olacaq. Bu gün ciddi məsələlərin müzakirəsi və işgüzar söhbətlər üçün uyğun olmayacaq.

Dolça, 10 oktyabr, 2023-cü il

Günün başlanğıcı çətin başlayacaq.

Sakit qalmaq çətin olacaq.

Başqa vaxtlarda fikir verməyəcəyiniz şeylərdən narahat ola bilərsiniz. Ətrafınızdakı insanlar işlərinizə daha çox müdaxilə edəcək, sizi kifayət qədər əsəbləşdirəcəklər.

Ancaq tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, pozitiv əhval-ruhiyyəyə köklənəcək, daha sərbəst və inamlı hiss edəcəksiniz.

Günün ikinci yarısı faydalı işlərin, çoxdan diqqət tələb edən məsələlərin həlli üçün vaxt gələcək. Heç nəyi gözdən qaçırmayacaq, səhv etməyəcək və lazım olan yerdə uzaqgörənlik göstərməyəcəksiniz.

Balıq, 10 oktyabr, 2023-cü il

Faydalı işlərə diqqət yetirin. Çalışın boş yerə vaxt itirməyin. Belə olarsa, çox şey əldə edə bilərsiniz.

Səyləriniz sayəsində sizi və yaxınlarınızı narahat edən problemlər həll olunacaq. Ailədə xoş hadisələr və qohumlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür.

Mübahisə edənləri barışdıra bilmə gücünüz var.

Köhnə dostalrınız və  sevgilinizlə yola çıxsanız, səyahət yaxşı nəticə verəcək.

Dekorasiya dəyişikliyi sizi ruhlandıracaq. Əvvəllər adi baxdığınız hər şeyə baxışınız dəyişəcək.

Uğurlu alışlar gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
9-10-2023, 23:01
Sikayət   


loading...
Загрузка...