reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 26 oktyabr

reklam

Bürclər- 26 oktyabr













Qoç, 25 oktyabr, 2023-cü il

Vacib görüşləri və ciddi söhbətləri təxirə salmayın.

Günün birinci yarısı həm iş, həm də şəxsi məsələləri müzakirə edə bilərsiniz. Əvvəllər sizin fikrinizlə maraqlanmayan insanlar fikirlərinizi dinləməyə və diqqətə almağa hazır olacaqlar.

Fikirlərinizi elə danışacaqsınız ki, onlara heç kim biganə qalmayacaq. Bu gün asanlıqla yeni müttəfiqlər və köməkçilər tapa bilərsiniz.

Günün ikinci yarısı istənilən fəaliyyət, iş və təhsil, yaradıcılıq üçün əlverişli zamandır. Maliyyə məsələlərinin həlli uğurlu olacaq. Nəğd pul alacaqsınız.  Pulunuzu sizə lazım olan,uzun müddətdir ki, gözləyən ehtiyaclarınıza xərcləyəcəksiniz.

Buğa, 25 oktyabr, 2023-cü il

Gün dolu keçəcək və məhsuldar olacaq. Eyni anda bir neçə işi görməyə hazır olun.

Bu gün işiniz çox olacaq. Çalışın heç nəyi gözdən qaçırmayasınız.  Gərgin anlaırn olmasına baxmayaraq, böyük, keçilməz çətinliklər gözlənilmir.  Mürəkkəb işlərin öhdəsindən uğurla gələcək, heç nəyi unutmayacaq və ya gözdən qaçırmayacaqsınız.

Günün ilk yarısında qərarlarınızı özünüzü verin, heç kimi dinləməyin.  Belə olarsa, həm sonradan peşman olmazsınız, həm də,  heç kimə izahat vermək məcburiyyətində qalmazsınız.

Günün ikinci yarısında yeni müttəfiqlər tapmaq şansı yaranacaq.

Fikirləriniz çoxlarının xoşuna gələcək. Axşam yaxınlarınızla ünsiyyət, xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüş üçün əlverişlidir.

Əkizlər, 25 oktyabr, 2023-cü il

Tələsməyin. Günün birinci yarısı məqsədlərinə tez çatmağa öyrəşmiş insanlar üçün olduqca çətin olacaq.

Hadisələr istədiyinizdən çox yavaş inkişaf edəcək və mühüm məsələlərin həlli təxirə salınmalı olacaq. Eyni zamanda işdə fikir ayrılıqları və mübahisələr gözlənilir.

Günün ikinci yarısında müsbət tendensiyaların təsiri sürətlə artacaq. Bu saatlarda sizi xoş sürprizlər və uğurlu təsadüflər gözləyir. Bu zaman şəxsi münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.

Əkizlər bürcü günün birinici yarısına səbr etsələr, ikinci yarısı bütün problemlərin əslində o qədər dəağır olmadığını başa düşəcəklər.

Xərçəng, 25 oktyabr, 2023-cü il

Günə ciddi əhval-ruhiyyə ilə başlaya bilməyəcəksiniz.

Günün birinci yarısı bir çox Xərçənglər arzular, xəyallar aləmində olacaq.  Mövcud vəziyyəti obyektiv qiymətləndirə bilməyəcəklər.

Ətrafınızda hadisələrə daha real baxan insanlar faydalı məsləhətlər verəcəklər. Onları dinləyin, belə olarsa səhv etməzsiniz.

Günün ikinci yarısı uğurlu olacaq. Son zamanlar sizi narahat edən problemlər gözlənilmədən tez həll olunacaq və bir çox vacib suallarınıza cavab tapaacqsınız. Bu vaxt ailə tədbirləri, dostlarla və digər yaxınlarınızla ünsiyyət üçün münasibdir.

Şir, 25 oktyabr, 2023-cü il

Gün çox dolu və maraqlı olacaq. Amma hər şey asan olmayacaq. Bəs çətinliklər sizi geri çəkilməyə və planlarınızdan əl çəkməyə məcbur edəcəkmi? Əlbəttə yox! Siz israrlı olacaq, məqsədinizə çatmaq üçün bir yol tapacaqsınız.

Ətrafınızdakı insanlar biznesə yanaşmanızı bəyənəcək, çoxları sizi daha yaxından tanımaq istəyəcək. Əməkdaşlıq təklifləri istisna edilmir.

Həmişəkindən daha çox narahatlıq olsa da, istirahət üçün vaxt olacaq. Yaxın insanlar sizinlə dostluq etməkdən, xoş xəbərləri bölüşməkdən və sizə maraqlı bir şey təklif etməkdən məmnun olacaqlar.

Köhnə tanışlarınıza özünüzü xatırladın. Onlar sizinlə  söhbət etməkdən məmnun olacaqlar.

Qız, 25 oktyabr, 2023-cü il

Gün işgüzar ünsiyyət üçün münasibdir. Çoxdan dəstəyini almaq istədiyiniz insanlarla söhbət edəcəksiniz.

Söhbətləriniz onlarda xoş təəssürat yaradacaq, onlar sizin fikirlərinizlə maraqlanacaqlar. Potensial işəgötürənlərlə görüşlər yaxşı keçəcək.

Bu gün imtahanı olan Qızla imtahandan uğurla çıxacaqlar.

Gün ərzində müsbət tendensiyaların təsiri üstünlük təşkil etsə də, əhval-ruhiyyə bəzən pisləşə bilər.

Bu emosional fonun qeyri-sabitliyindən yaranır.  Hər şey yolunda getməmiş kimi görünsə belə, optimist olmağa və ruhdan düşməməyə çalışın. Yaxşılığa doğru dəyişikliklər sizi uzun müddət  gözlətməyəcək!

Tərəzi, 25 oktyabr, 2023-cü il

Bu gün yeni tanışlarda xoş təəssürat yaratmaq çətin olmayacaq.

Onlar sizin güclü və ən yaxşı keyfiyyətlərinizi dərhal görəcəklər. Bu işdə sizə böyük kömək edəcək.

Potensial müttəfiqləri inandırmaq üçün uzun müddət sərf etməli olmayacaqsınız.

Tez bir zamanda layihələrinizdə işə qoşulmaq istəyən insanları tapacaqsınız. Hətta əvvəllər dost olmayan insanlar da sizin istəklərinizi rədd etməyəcəklər.

Gündəlik fəaliyyətlər darıxdırıcı və yorucu görünə bilər.

Yeni bir layihəyə başlamağı düşünürsünüz. Bu fürsət günortadan sonra yaranacaq. Əvvəllər çox az adamın bildiyi istedadlarınızdan istifadə edəcəksiniz.

Əqrəb, 25 oktyabr, 2023-cü il

Günün əvvəlində uzun mübahisələrdən qaçmağa çalışın. Hətta kiçik fikir ayrılıqları başqaları ilə münasibətlərinizə mənfi təsir göstərə bilər.

Mübahisələr məhsuldar işlərə mane ola bilər.

Belə olduğu təqdirdə isə, həm sizin, həm də yaxınlarınızın əhval-ruhiyyəsini poza bilər. Bu zaman diqqətinizi təkbaşına həll edə biləcəyiniz məsələlərə yönəltməyiniz tövsiyyə edilir.

Günün ikinci yarısı isə əksinə, ünsiyyət və ciddi məsələlərin müzakirəsi üçün çox əlverişli olacaq. Yeni tanışlarla tez anlaşacaq, sevdiklərinizi mükəmməl başa düşəcəksiniz. Axşam dostları ziyarət edə bilərsiniz.

Oxatan, 25 oktyabr, 2023-cü il

Bütün vacib işləriniz günün birinci yarısı həll etməyə çalışın.

Günün birinci yarısı mürəkkəb problemlərin və ciddi məsələlərin həlli üçün əlverişli olacaq və bir çox yeni imkanlar açacaq. İşgüzar görüşlər yaxşı keçəcək.

Həmkarlar, rəhbərlik, biznes tərəfdaşları ilə fikir ayrılığı olmayacaq.

Günün ikinci yarısı bir qədər çətin olacaq. Oxatanlar bu saatlarda bəzən səbəbini anlamasa belə, xırda şeylərdən narahat olacaq.

Bu gün sizi tez-tez tənqid edən və ya xoşagəlməz fikirlər söyləyən insanlardan uzaq durmağa çalışın. Onlarla ünsiyyət uzun müddət əhvalınızı poza bilər.

Oğlaq, 25 oktyabr, 2023-cü il

Çoxlu yaxşı fikirlər ortaya çıxacaq. Ancaq onları tətbiq etməyə tələsməyin.

Əvvəlcə bütün müsbət və mənfi cəhətləri ölçməli və təcrübə və biliklərinə etibar etdiyiniz insanlarla məsləhətləşməlisiniz. Bu gün bir çox Oğlaqlar öz güclərini və imkanlarını həddindən artıq qiymətləndirməyə meylli olacaqlar.

Bu isə, böyük səhvlərlə nəticələnə bilər.  Gün əvvəl başlayan işləri yerinə yetirmək, həmçinin təşkilati məsələlərin həlli üçün münasib olacaq.

Köhnə dostlarınız və ya tanışlarınızla çıxdığınız səfərlər uğurlu olacaq. Axşam kiçik alış-veriş edə bilərsiniz.  Pulunuzu ehtiyacınız olmayan heç nəyə xərcləməyin.

Dolça, 25 oktyabr, 2023-cü il

Gün iş üçün əlverişlidir. Bu gün bütün işlərdə bəxtiniz gətirəcək.

Maraqlı əməkdaşlıq təklifləri ola bilər və karyera yüksəlişi üçün yeni imkanlar açılacaq. Bacarıqlarınıza şübhə etməyin. Uğura nail olmaq göründüyündən daha asan olacaq.

Başqaları ilə ortaq dil tapmaq asan olacaq.

Əvvəllər anlaşmadığınız insanlarla belə tez bir zamanda qarşılıqlı anlaşma əldə edəcəksiniz. Sizin üçün əziz olan insanla münasibətlərinizdə yaxşılığa doğru dəyişikliklər ola bilər.

Balıq, 25 oktyabr, 2023-cü il

Günün əvvəlində özünüzdən mümkün olmayanı tələb etməyin. Diqqətinizi cəmləyə bilməyəcəksiniz.

Çətin bir gün olmasına baxmayaraq,  ziddiyyətli emosiyalara qalib gələ bilərsiniz. Hisslərinizi sıralamaq və prioritetləşdirmək üçün bir az vaxt lazımdır. Bunu özünüz etməlisiniz.  Başqalarının təsiri zərərli ola bilər.

Günün ikinci yarısı isə əksinə, asan və xoş keçəcək.  Cəsarətli cəhdlərinizi uğurlu nəticələnəcək.  Qeyri-adi ideyaların həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq.

Ətrafınızdakı yaxınlarnız və yeni tanış olduğunuz insanlar sizə kömək etməkdən heç bir zaman imtina etməyəcəklər.




Paylaş:


Müəllif : Tarix:
25-10-2023, 22:16
Sikayət   


loading...
Загрузка...