reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rüşvət almada ittiham olunan vəzifəli şəxslərlə bağlı QƏRAR

reklam

Rüşvət almada ittiham olunan vəzifəli şəxslərlə bağlı QƏRAR
















Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədov və fondun Abşeron rayon şöbəsində baş mütəxxəsis işləmiş Münəvvər Cabbarovanın barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə bildirilib ki, təqsirləndirilən şəxslər şikayətlərini geri götürüblər.

Bu səbəbdən hər iki şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oruc Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Münəvvər Cabbarovaya isə şərti cəza verilib.

Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb. Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.




Paylaş:


Müəllif : Tarix:
3-05-2023, 09:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər