Oleq Abişevi kamera yoldaşı öldürübmüş

Ömürlük məhkum Zahidi Kəhriz Abbasovun kamera yoldaşını qətlə yetirməsi məlum olub.
RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib və bugünlərdə Z.K.Abbasov barəsindəki yeni cinayət işinin materialları məhkəməyə daxil olub.
Bildirilib ki, 29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı ömürlük məhbus Oleq Surxayeviç Abişevə ötən ilin sentyabrında ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib. Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunub.
Xatırladaq ki, ötən ilin sentyabrında O.Abışevin Penitensiar Xidmətin Müalicə Müəssisəsində xəstəlikdən ölməsi barədə mətbuatda məlumatlar yayılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2023, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...