reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Məhkəməyə müraciətlərin böyük əksəriyyəti alimentlə bağlıdır" - Mehriban Zeynalova

reklam

"Məhkəməyə müraciətlərin böyük əksəriyyəti alimentlə bağlıdır" - Mehriban Zeynalova

















Bu ilin ilk üç ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə vətəndaşlardan daxil olan müraciətlərin sayı açıqlanıb. Dövlət Komitəsinin məlumatında qeyd olunur ki, komitəyə ümumilikdə 957 müraciət daxil olub. Müraciətlərdə üstünlük təşkil edən mövzu məhkəmə qərarlarının icrası ilə bağlıdır. Belə ki, müraciətlərin 47-si məişət məsələləri, 69-u işlə təmin olunma, 73-ü müxtəlif yönümlü sosial müavinətlərin verilməsi, 97-si məişət zorakılığı və 189-u məhkəmə qərarlarının icrası ilə bağlı olub.

Məhkəmə qərarlarının icrasıyla bağlı niyə bu qədər müraciət daxil olur? Dia.az-ın məlumatına görə, məhkəmə qərarlarının icrasına mane olan səbəbləri öyrənməyə çalışdıq. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, müraciətlərin böyük əksəriyyəti məhz alimentlə bağlıdır:

- İş təcrübəmdən bilirəm ki, alimentin ödənməməsiylə bağlı narazılıqlar daha çox olur. Məhkəmənin qərarı icra olunmadığından qadınlar Komitəyə müraciət edir. Alimentin ödənməsindən yayınma halları çoxdur. Çox zaman da alimentin ödənməsini kecikdirirlər. Bəzən məhkəmə qarşı tərəfin qadına ev alması haqqında qərar çıxarır.

Amma ev alınması üçün məhkəmənin təyin etdiyi məbləğ ödənmir, illər keçir, borclar yığılır. Məhkəmə qərarlarının icrasının gecikməsinin müxtəlif səbəbləri olur. Bəzən kişilər alimentin ödənməməsi üçün zorakı metodlara əl atırlar. İşsizliyi əsas kimi göstərərək alimentin ödənməsini qeyri-mümkün edirlər. İş yerini, gəlirlərini gözlədənlər də olur.

Mediasiya Şurasının bu kimi məsələlərdə zərərçəkənlərə yardımı barədə isə M.Zeynalova bunları dedi:

- Mediasiya Şurası vasitəçilik edir. Məlumdur ki, tərəflərin birgə razılığı əsasında mediator təyin edilir, mediator mübahisəli məhkəmə işlərini həll etməyə çalışır. Mediatorun köməyi bu olur ki, məhkəmələr təkrar qərarlar prosedurunu keçirməkdən azad olur, verilmiş qərarlar təkrar prosedurlara ehtiyac qalmadan təsdiqlənir. Amma iş yenə də icrada ləngiyir. Əvvəlki illərə nisbətən məhkəmə icraatçıları işlərinə daha məsuliyyətlə yanaşır.

Amma dediyim kimi, məhkəmə qərarlarının icrası müxtəlif səbəblərdən ləngiyə bilir. Hesab edirəm ki, aliment ödənməsindən yayınma hallarının qarşısının alınmasında daha sərt tədbirlərin görülməsi vacibdir. Eyni zamanda Aliment Fondunun yaradılması da mütləq lazımdır.




Paylaş:


Müəllif : Tarix:
11-04-2023, 08:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər