Kəramət Böyükçöl məhkəmədən qorxmadığını, Mehriban Zeynalova isə onun şantaja keçdiyini deyir - QALMAQAL

Müxtəlif qalmaqallarla tez-tez diqqət mərkəzinə düşən yazıçı Kəramət Böyükçöl bir neçə gün əvvəl özünün “Facebook” hesabında paylaşım edərək ailəsinin dağılmasında feministləri və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanı suçlayıb.
Yazıçının sözlərinə görə, həyat yoldaşı xırda ailə problemlərinə görə feministlərlə gizli əlaqə qurub və sonuncular onun boşanması üçün vəkil tutub. Kəramət Böyükçöl başda Mehriban Zeynalova olmaqla, həmin qadınların hamısının işinin ailə dağıtmaq olduğunu, dolanışıqlarının bundan çıxdığını, dağıtdıqları ailələrin sayına görə xaricdən qrant aldıqlarını iddia edib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova özünün sosial şəbəkə hesabında Kəramət Böyükçölün ittihamına cavab verib. Hüquq müdafiəçisi qeyd edib ki, gündəmdə qalmaq üçün heç olmasa, bir az əsaslandırılmış və sübutu mümkün olan məsələlər yazılmalıdır:
“Kəramətin yoldaşını yoldan çıxaran yazışma, inandırma, səs, telefon danışıqları, video varsa, ortaya qoysun və bunu sübut etsin. Əks halda, məhkəməyə verəcəyəm. Şükür ki, texnologiya bu sübutları toplamağa imkan verir. Deyəsən, hələ də anlamır ki, hüquqi dövlətdə hər bir ittihamı səsləndirmək üçün sübut lazımdır. Təhqir isə ayrıca bir maddədir”.
Kəramət Böyükçöl Yenicag.az-a açıqlamasında ünvanına ağır ifadələr işlətdiyi Mehriban Zeynalovanın onu məhkəmə verəcəyi haqda xəbərdarlığına münasibət bildirib.
Yazıçı qeyd edib ki, onu məhkəməyə verəcəyi təqdirdə, Mehriban Zeynalovanın fəaliyyəti haqqında detallı yazacaq və bu məlumatlara görə cəmiyyətdə onlara qarşı çıxanların sayı daha da artacaq:
“Mehriban Zeynalovanın məni məhkəməyə verəcəyinə inanmıram. Çünki məni məhkəməyə versə, onun fəaliyyətini daha çox ifşa edəcəm. Onun fəaliyyəti və gördüyü işlər aydın məsələdir. “Təmiz Dünya” adı altında təmsil etdiyi Birliyin hansı çirkli işlərlə məşğul olduğu hər kəsə məlumdur.
İnanmıram, Mehriban Zeynalova o qədər ağılsız insan olsun ki, məni məhkəməyə versin. Getsin, məhkəməyə versin. hansı cəza tədbiri görülürsə, görülsün. Onsuz da, mən belə şeylərdən çəkinən adam deyiləm.
Əsas odur ki, onların maskasını daha çox cıracam və ifşa edəcəm. Mehriban Zeynalova öz aləmində guya məni qorxudur”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə saytımıza açıqlamasında yazıçı Kəramət Böyükçölün ona qarşı şantaja keçdiyini deyib:
“Kəramət Böyükçöl məni şantaj edir? Getsin, etsin. İlk şantaja da elə Kəramət başladı. Əgər bu dövlətdə hər şey şantajla həll olunursa, onda Kəramət qalibdir. Kəramət mənə qarşı irəli sürdüyü iddialarda mənim iştirakımın olmadığını etiraf etmirsə, təhqirdən sonra şantaja keçirsə, deyəcək söz tapmıram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2021, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2021, 16:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II