reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tiktoker “Roşka” həbs edildi

reklam

Tiktoker “Roşka” həbs edildi















“Roşka” ləqəbli ifaçı, tiktoker Rövşən Süleymanov saxlanılıb.

“Qaynarinfo” xəbər verir ki, R.Süleymanovun “TikTok”da canlı yayımda söyüş və təhqir səsləndirməsi barədə polis orqanlarına müraciət daxil olub. O bu hərəkətlərini “roshroshka”, “barbie_ttl 11” və “Megafan” profili vasitəsi ilə edib. 

Polis tiktokeri saxlayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edib. İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin hakimi 28 mart tarixində polis tərəfindən tərtib edilmiş protokolun və eyni zamanda buna dair materialların 18-ci Polis Şöbəsinə geri qaytarılmasına dair qərar qəbul edib.

O, məhkəmə zalından çıxarkən hakimin qərarını əsas gətirərək, polisin ünvanına “yekə kişisən, ayıb olsun, başın xarab olub, deyəsən, heç bir səbəb olmadan məni məhkəməyə gətirmisən” ifadələri işlədib. Polislər onu intizama dəvət etsə də, Rövşən protokol yazan polisin ünvanına məhkəmənin inzibati binasının dəhlizində nalayiq ifadələr işlədib. 

Yenidən məhkəmə qarşısına çıxarılan Rövşən Süleymanov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 28 mart 2023-cü il saat 20:00-dan hesablanıb. 





Paylaş:


Müəllif : Tarix:
31-03-2023, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər