Keçmiş prezident vaxtından əvvəl həbsdən azad edildi
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev fevralın 14-də cəzaçəkmə müəssisəsindən azad edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qərar Qırğızıstanın Ali Məhkəməsi tərəfindən qəbul edilib. Orada Atambayevin işində yeni halların yaranması və eks-prezidentin vəkillərinin işə yenidən baxılması xahişi nəzərə alınıb.
Qeyd edək ki, o, 2020-ci ilin yayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2011-17-ci illərdə Qırğızıstana rəhbərlik etmiş Atambayev 2019-cu il avqustun 8-də keçmiş prezidentin iqamətgahının yerləşdiyi Çuy vilayətinin Koy-Taş kəndində həbs edilib.
Həbs əməliyyatı demək olar ki, bir gün davam edib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Atambayevin tərəfdarları arasında qanlı toqquşma olub. Nəticədə xüsusi təyinatlı polis dəstəsinin bir əsgəri həlak olub, 100-dən çox insan yaralanıb.
Atambayev sui-qəsd planlaşdırmaqda, kütləvi iğtişaşlar təşkil etməkdə, qeyri-qanuni daşınmaz əmlak alqı-satqısında və kriminal avtoritet sayılan Əziz Batukaevi həbsxanadan qanunsuz olaraq azad etməkdə ittiham olunurdu.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2023, 15:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto