reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kommunist Partiyasının sədri: “Araz Əlizadənin yerinə öləsi 5 nəfər partiya sədri var idi, heyif ki, Araz müəllim dünyasını dəyişdi”

reklam

Kommunist Partiyasının sədri: “Araz Əlizadənin yerinə öləsi 5 nəfər partiya sədri var idi, heyif ki, Araz müəllim dünyasını dəyişdi”
















“Allah Araz Əlizadəyə qəni-qəni rəhmət eləsin. Ailəsinə başsağlığı verirəm. Bizim çox yaxşı, xoş insani münasibətlərimiz var idi. Araz müəllimə böyük hörmətlə yanaşırdım. Müstəqil Azərbaycan tarixində rolu olan, Azərbaycanın müstəqilliyi üçün öz imkanları daxilində töhfə vermiş bir siyasi xadim, partiya sədri idi. Bir neçə dəfə, “ANS”in fəaliyyətdə olduğu dövrdə də onunla canlı yayımda debatımız olmuşdu. Araz Əlizadəni Azərbaycan siyasi elitasında çox yüksəkdə duran bir insan kimi qəbul edirəm. Baxmayarq ki, o, həmişə bizim “bostanımıza daş atırdı”, kommunistlərə uyğun olmayan, bizim layiq olmadığımız müəyyən mövqe bildirirdi. Deyirdi ki, respublikada yeganə sol qüvvə bizim kommunistlər “əldəqayırma” solçulardır. Bütün bunlara baxmayaraq, Araz müəllimə böyük hörmətlə yanaşıram”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib.

O bildirib ki, Araz Əlizadənin dünyasını dəyişməsi Azərbaycan siyasi mühitində böyük itkilərdən biridir:

“Onun yerinə öləsi 5 nəfər partiya sədri var idi, heyif ki, Araz müəllim dünyasını dəyişdi. Allahın yazısıdır, bu yazıya qarşı çıxa bilmərik. Biz də zaman gələcək, dünyamızı dəyişəcəyik. Ən azında müsəlman aləmində lap pis adam olsa belə, dünyasını dəyişmiş adamın ünvanına xoş söz, “Allah rəhmət eləsin” demək lazımdır. Bəziləri mənə ateist idealogiyasına yaxın, dinsiz bir adam kimi yanaşırlar. Amma əslində biz bütün dünyəvi dəyərlərə hörmətlə yanaşan insanıq. Araz Əlizadəni təhqir edənlərin mövqeyini ürək ağrısı ilə qarşılayıram. O biri dünyadan hələ heç kim gəlməyib, xəbərimiz yoxdur ki, o biri dünya var, ya yox. Amma bir ümid var ki, o biri dünya, “qır qazanı” da, haqq-ədalət də var, orda nəyəsə cavab verməlisən. Bu insanlar azərbaycanlı olaraq məsuliyyət hiss etməli, kimliyindən asılı olmayaraq dünyasını dəyişən adam haqqında bu fikirləri söyləməməlidirlər. Araz Əlizadə üçün deyirlər “satqının biri də azaldı”. Bunu deyən adamın özü satqındır. İnsanlığa qiymət verə bilmir, ölünün arxasınca danışırsa, ona layiq ad budur. Övladım, qardaşım bu sözü demiş olsa belə, ona da bu söz aiddir. Kişi olan adam ölənin arxasınca danışmaz. Bir kommunist, vətəndaş, ən əsası bir insan  olaraq bu ifadəni işlədən insanın yerinə xəcalət çəkirəm. Ayıb olsun! Həyatda səhvsiz insanmı var? Tək gözə görünməyən Allahdır, Ona səhv, irad tutmağa imkan yoxdur. “Quranda” da, dində göstərilir ki, dünyasını dəyişən adama hörmətlə yanaşmaq lazımdır. Araz müəllim haqqında kim əks fikir söyləyirsə, onun özü dindən uzaq olan bir insandır, azərbaycanlı deyil. Bu cür yanaşmaq olmaz. Əgər mübahisən var idisə, sağlığında sözünü deyərdin. Araz müəllim də dilavər adam idi, sözünü deməyi bacarırdı, həmin adamların da layiqincə cavablarını verə bilərdi. İndi dünyada yoxdur, onu söymək, “qamçılamaq” düzgün deyil. Azərbaycanlı kimi özüm utanıram. “Bostanımıza daş atsa da”, siyasi mənsubiyyətimizdən asılı olmayaraq, biz insanıq, azərbaycanlıyıq, bir-birimizə tərəf, kömək durmalıyıq. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz bu həmrəyliyi 365 gündə nümayiş etdirə bilirikmi? Bir gündür, o da Yeni ilə qarışır, yadımızdan çıxır. Ay qardaş, həmrəylik elə bir yüksək anlayışdır ki, biz gərək bunu il boyu tərənnüm edək, bir-birimizə bu münasibəti göstərək. Bayram kimi qeyd edirik, amma həmrəylikdən əsər-əlamət yoxdur, hamımız bir-birimizi söyürük, üzümüzə, arxamızca... Bu, nə həmrəylik oldu? Ondansa, bu bayrama etiraz elə, qeyd eləmə. Araz müəllimlə sentyabrın 22-də sonuncu dəfə eyni saytda birgə müsahibəmiz çıxmışdı. Yarım ay nədir ki? Bilsəydim ki, Araz müəllim xəstə idi,  piyada onun evinə gedərdim. Mənə onun ölümü ilə bağlı xəbərin linkini göndərdilər, kövrəldim, özümə gələ bilmədim. Araz müəllimə yaxın adam deyildim, amma ürəyi kövrək insanam. Hazırda Gəncədəyəm, yaxınım dünyasını dəyişib. Bakıya qayıdanda mütləq ailəsini ziyarət edib həyat yoldaşına, oğluna başsağlı verəcəyəm”.






Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 16:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər