Oğulları Britni ilə barışmaq istədi, o isə sərt cavab verdi

Amerikalı müğənni Britni Spirsin oğulları – 16 yaşlı Preston və 15 yaşlı Ceyden onunla barışmaq istəyir.
Bu barədə “Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir.
Ceydenin sözlərinə görə, onlar analarına nifrət hissi duymurlar, amma barışmaq üçün çox vaxt və səy göstərmək lazım olacaq: “Mən 100% əminəm ki, hər şeyi düzəltmək olar. Sadəcə istəyirəm ki, onda mənəvi olaraq hər şey qaydasına düşsün. O düzələndə mən onu yenidən görmək istəyirəm”.
Gənc oğlan anasına müraciət də edib: “Mən səni çox sevirən, sənin üçün ən yaxşısına ümid edirəm. Ola bilsin, bir gün otura və yenidən danışa bilərik”.
Ceyden, həmçinin qardaşı ilə birlikdə anasının Sem Asqari ilə olan toyuna getməmələrinə aydınlıq gətirib: “Bu, sadəcə iştirak üçün uyğun zaman deyildi. Mən onun üçün sevinmədiyimi demirəm. Onlar üçün çox sevinirəm, amma o, bütün ailəni dəvət etmədi. Əgər tək mən və Preston gəlsəydi, inanmıram ki, hər şey yaxşı bitərdi”.
O əlavə edib ki, uşaqlıqdan anasından ilhamlanır: “Mən onun səhnədə necə oxuyub oynadığını televizorda görmüşdüm. Düşündüm ki, ay aman, nə qədər insan var. Onun nə dərəcədə məşhur və şəxsiyyət kimi uğurlu şəxsiyyət olduğunu anladım və bu məni ilhamlandırdı”.
Ceyden, həmçinin Britni Spirsin 13 il qəyyumluğunda yaşadığı atası haqda danışıb. Onun sözlərinə görə, babası KİV-də onun ünvanına səsləndirilən mənfi fikirlərə layiq deyil: “Mən onu ürəkdən sevirəm. O sadəcə ata olmaq istəyirdi. Əvvəlcə o özünü hər bir ata kimi aparmağa çalışırdı və qızının superulduz olmaq arzusunu reallaşdırmaq istəyirdi. Amma, çox güman, qəyyumluq uzun müddət davam edib. Ola bilsin, ona görə anam belə hirslənib”.
Britni Spirsin oğlunun etiraflarına sərt reaksiya verib. O, instaqramda paylaşım edib və Ceydenə onun mənəvi sağlamlığı haqda danışmazdan əvvəl əlinə kitab alıb oxumağı məsləhət görüb: “Mənim uşaqlara olan sevgimin həddi-hüdudu yoxdur və ondan ana kimi gözləniltərə uyğun gəlmədiyim haqda sözlər eşitmək məni çox kədərləndirdi. Ola bilsin, bir gün üzbəüz görüşə və bu haqda danışa bilərik”.
Həmçinin oxuyun: Путешествие в качественный звук: Samsung Galaxy Buds2 Pro уже в продаже!

Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2022, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var