reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda yeni medal təsis edildi

reklam

Azərbaycanda yeni medal təsis edildi

















Azərbaycanda “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmanda deyilir:

“1.1. Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri”nin 2.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunla təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri”nin 2.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

2. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

Prezident İlham Əliyev, həmçinin “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsini təsdiq edib.

Əsasnaməyə görə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

- ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

- ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

- ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən təltif edilirlər.

Medalın taxılma qaydasına gəlincə, medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.






Paylaş:


Müəllif : Tarix:
28-06-2022, 17:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər