reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayın icra başçısının da öz ordeni var imiş... - İLGİNC

reklam

Göyçayın icra başçısının da öz ordeni var imiş... - İLGİNC


Göyçayın icra başçısı Mehdi Səlimzadə özündən orden kəşf edib. Reportyor.info xəbər verir ki, icra başçısı “Göyçay” adlı orden təsis edərək bunu şəhid Xudayar Yusufzadənin anası Rada Yusufzadəyə təqdim edib. Halbuki belə bir orden dövlət tərəfindən təsis olunmayıb.
Bunu bilmək üçün Müdafiə Nazirliyinin saytına daxil olmaq kifayətdir. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu var və həmin ordenlərin siyahısı da nazirliyin rəsmi saytına yerləşdirilib. Bu siyahıda “Göyçay” ordeni yoxdur. Ümumiyyətlə, hansısa bölgənin adı ilə bağlı orden təsis olunmayıb. Bu da icra başçısının özfəaliyyətidir və həm qanuna hörmətsizlik edib, həm şəhid ailəsinə qarşı saxtakarlıq…
M.Səlimzadə isə özündən orden üzəldərək şəhid ailəsinə təqdim edir, üstəlik, bunun özünə yaxın mediada ictimailəşdirməklə reklamını aparır. Ancaq İH başçısı bixəbərdir ki, atdığı addımla qanunu necə pozub və Prezidentin səlahiyyətində olan məsələni “icra edib”. Biz ordenlərin siyahısnı təqdim edirik:

«Heydər Əliyev» ordeni
«Zəfər» ordeni
«Qarabağ» ordeni
«İstiqlal» ordeni
«Şah İsmayıl» ordeni
«Azərbaycan Bayrağı» ordeni
«Rəşadət» ordeni
«Şərəf» ordeni
«Şöhrət» ordeni
«Dostluq» ordeni
«Vətənə xidmətə görə» ordeni
«Vətən Müharibəsi Qəhrəmanı» Azərbaycan Respublikası medalı
«Qızıl Ulduz» medalı
«Vətən uğrunda» medalı
«İgidliyə görə» medalı
«Cəsur döyüşçü» medalı
«Döyüşdə fərqlənməyə görə» medalı
«Suqovuşanın azad olunmasına görə» medalı
«Cəbrayılın azad olunmasına görə» medalı
«Xocavəndin azad olunmasına görə» medalı
«Füzulinin azad olunmasına görə» medalı
«Zəngilanın azad olunmasına görə» medalı
«Qubadlının azad olunmasına görə» medalı
«Şuşanın azad olunmasına görə» medalı
«Laçının azad olunmasına görə» medalı
«Ağdamın azad olunmasına görə» medalı
«Kəlbəcərin azad olunmasına görə» medalı
«Vətən müharibəsi iştirakçısı» medalı
«Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə» medalı
«Tərəqqi» medalı
«Hərbi xidmətlərə görə» medalı
«Şücaətə görə» medalı
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)» yubiley medalı
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı
«Qüsursuz xidmətə görə» medalı
«Dövlət qulluğunda fərqlənməyə görə» medalı



Paylaş:


Müəllif : Tarix:
2-10-2021, 09:46
Sikayət   


loading...
Загрузка...