Rusiyalı ulduzlar instaqramla kədərlə vidalaşır - Fotolar

Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiya ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanacaq. Bu məhdudiyyəti tətbiq edən Roskomnadzor (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) belə bir qərar verməsinə səbəb platformanın sahibi olan Amerikanın Meta (keçmiş Facebook) şirkətinin platformada ruslara qarşı zorakılıq çağırışları ilə bağlı yazıların dərcinə icazə verməsi olub.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı ulduz müğənni, aparıcı, bloqer və mədəniyyət nümayəndələri sözügedən qərarı narahatlıqla qarşılayıblar. Belə ki, instaqram sosial şəbəkəsi ulduzların reklam gəlirləri üçün əsas platforma rolunu oynayır.
Qərar açıqlandıqdan sonra, milyonlarla izləyiciləri olan ulduzlar öz hesablarında sevənləri ilə vidalaşmağa başlayıb, pərəstişkarlarını digər əlçatan platformalara dəvət ediblər. Bəzi bloqerlər bu qərarı hətta ağlayaraq paylaşıb. Məşhurların ən çox üz tutduğu sosial şəbəkə isə teleqram və "vkontakte" olub.
Bu məşhurlar sırasında məşhur rusiyalı teleaparıcı və müğənni Olqa Buzova, bloqer Oksana Samoylova, prodüser Yana Rudkovskaya, müğənni Dima Bilan, bloqer Nastya İvleeva, tiktoker Danya Miloxin, jurnalist, siyasətçi və aktrisa Kseniya Sobçak, ukraynalı müğənni Anna Sedokova, aktyor Aleksandr Oleşko da var.
Azərbaycanlı opera müğənnisi, Azərbaycanın Xalq artisti Yusif Eyvazov da öz feysbuk hesabında pərəstişkarlarına müraciət edib və onları teleqram kanalına dəvət edib. Eyni zamanda əslən azərbaycanlı olan məşhur bloqer Hüseyn Həsənov da bu xəbərdən təəssüfləndiyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2022, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…

Xroniki venoz xəstəliklərinin diaqnostikası icbari tibbi sığorta təminatına daxildir

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi