reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda qeydiyyatda olan neçə narkoman var?

reklam

Azərbaycanda qeydiyyatda olan neçə narkoman var?















“Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib”.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. O bildirib ki, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır.:

“Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb”.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, asılılıq sindromu fizioloji, davranış və koqnitiv təzahürləri kompleksidir:

“Sindromun əsas xarakterik əlaməti psixoaktiv maddənin qəbul etmə təlabatının güclü və çox zaman qarşısı alınmaz olmasıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, narkotik vasitələrə asılılığı olan xəstələrdə sosial mənsubiyyətin çox kəskin enməsi cəmiyyətin, o cümlədən yaxınlarının mənafelərinə zidd olan, hətta kriminal hərəkətlər belə müşahidə olunur.

Qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir. Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir. Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir. Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur”.

Baş direktorun sözlərinə görə, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur:

“Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər” o deyib.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 11:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər