reklam
Regionxeberlericom.az » Cəmiyyət » Musa Quliyevdən daha bir açıqlama: “Bu, bizi utandıran məsələdir”

reklam

Musa Quliyevdən daha bir açıqlama: “Bu, bizi utandıran məsələdir”


RegionXəbərləri.com Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev ilə müsahibəni təqdim edir:

- Musa müəllim, bu günlərdə qadınların məşğulluğu ilə bağlı Milli Məclisə qanun layihəsi ilə bağlı təşəbbüslər edilir. Ümumiyyətlə, ölkədə məşğul əhalinin sayının artması üçün bu cür təşəbbüsləri necə qarşılayırsınız?

- Əhalinin məşğulluğu ən etibarlı sosial müdafiə elementi və üsuludur. Dövlətimiz də çalışır ki, insanlarımız daha yaxşı yaşasın. Ünvanlı sosial yardım, pensiya, təqaüdlərdənsə əhalinin məşğulluğuna daha çox önəm verilməsi vacib amildir. Məhz insanlar işlə təminatı ilə cəmiyyətə, dövlətə fayda verə bilər. Həmçinin insanlar işləməklə qazanc sahibi olmaqla öz sosial vəziyyətlərini də müsbətə doğru dəyişmək imkanı əldə edirlər. Məqsəd də odur ki, fəal ictimai-sosial qrupun sayı daha da artsın. Bu mənada yeni iş yerlənin açılması xüsusi olaraq vacibdir. Pandemiya dövründə bu proses bir qədər səngidi. Amma torpaqlarımız işğaldan azad edilib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaranıb. Bu rayonlarda da təmizləmə quruculuq-bərpa işləri sürətlə icra edilir. Artıq bu azad torpaqlarda zəruri olacaq bütün mühüm infrastruktur imkanları yaradılır. Eyni zamanda bu istiqamətdə geniş bir iş imkanları yaranıb. Bu mənada müharibədə iştirak edən şəxslərin bu sahəyə cəlb edilməsi də vacib məsələlərdəndir.

- Bu il eyni zamanda məşğulluq marafonu elan edilib. Burada əsas məqsəd, prinsip və hədəflər nədən ibarətdir?

- Bu ilki məşğulluq marafonunu şəhid ailələri, qazilərin işlə təmin olunması sahəsində proqressiv addım hesab edirik. Amma hələ də, arzu etdiyimiz nəticələrə gəlib çıxmamışıq. İşlə təmin edilən ailələrin, insanların sayı o qədər də çox deyil. Bu istiqamətdə özəl sektor da sosial məsuliyyətini daha da artırmalıdır.

- Özünüməşğulluq proqramlarının icrası ilə bağlı nəticələri qənaətbəxş hesab etmək olarmı?

- Sözsüz ki, özünüməşğulluq proqramları yeni bir məşğulluğun təmin olunması sahəsində bir istiqamətdir. Bu istiqamətin də yaradılması aztəminatlı təbəqənin, sosial müdafiəyə ehtiyacı olan insanların işlə təmin olunmasına dövlət dəstəyinin yeni bir formasını müəyyənləşdirdi. Bu proqram kifayət də qədər də uğurla tətbiq edilir. 4 ildir ki, biz bunun müsbət nəticələrini də müşahidə edirik. Bu proqram başalayanda 6-7 min şəxsi əhatə edirdi. Artıq bu proqrama cəlb edilən insanların sayı 20 minə çatır.

- Haqqı ödənilən iş yerlərinin yaradılması proqramının icrasının işsizliyə təsiri nə dərəcədə realdır?

- Dövlət başçısının pandemiya dövründə irəli sürdüyü və diqqətdə saxladığı haqqı ödənilən ictimai, sosial-ictimai iş yerləri yaradıldı. Doğrudur, burada məvaciblər minimum əməkhaqqı səviyyəsində müəyyənləşsə də, insanların işsiz, gəlirsiz qalmaması üçün mühüm addım idi. Bu daha çox az saatlı, yüngül işlərlə bağlı proqramları əhatə edir. Amma daha yaxşı olardı ki, iqtisadiyyatla bağlı qurumlarımız davamlı böyük işçi heyətini cəlb edəcək böyük sənaye komplekslərinin yaradılması haqqında düşünsünlər.

- Özəl sektorun dövlətin məşğulluq siyasətində yerini necə qiymətləndirmək olar?

- Təbii ki, özəl sektora ciddi dəstək olmalıdır. Bu sektor məhz ediləcək mühüm dəstək müqabilində dövlətin məşğulluq siyasətinin də müəyyən bir hissəsini öz üzərinə götürə bilər. Kiçik və orta sahibkarlıq subyektlərinin sürətlə genişləndirmək imkanları mümkün məşğul əhalinin sayının artmasına təsir edə bilər. Millət vəkili olaraq bizə edilən müraciətlərin böyük əksəriyyəti məşğulluqla bağlıdır. Bu da sözsüz ki, aktual bir məsələ kimi hökumətin qarşısında dayanır. Büdcə müzakirələrində də biz bu barədə öz təkliflərimizi verəcəyik.

- Bəzi hallarda özəl və dövlət sektorları vakansiyaları, boş iş yerlərinin sayını gizlədir və yaxud az məvacibli işləri məşğulluq xidmətinə təqdim edir. Bu kimi hallara qarşı hansı təsirli tədbirlər görülə bilər?

- Bu, bizi çox narahat edən və utandıran bir məsələdir. Çünki dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlətin məşğulluq siyasətini sabotaj edirlər. Srağagün deputat kimi Gəncədə qəbul keçirirdim. İşlə bağlı bizə müraciətlər vardı. Gəncə Məşğulluq şöbəsinin müdirinə zəng etdim, dedi ki, bizə ancaq özəl sektor iş yerləri verir, o da əsasən fəhləlik fəaliyyəti ilə bağlı olur. İxtisaslaşmış iş yerləri, xüsusən də ali təhsillə bağlı olan işlər, vakansiyalar adətən məşğulluq xidmətlərinə təqdim edilmir. Bu da hesab edirəm ki, ölkədə məşğulluq probleminin həllində ciddi əngəllər törədir. Müəyyən işəgötürmə mexanizmləri olsa da, hər halda bütün vakansiyalar dövlət məşğulluq xidmətinə təqdim edilməlidir. Bununla da məşğulluq xidməti o sahəyə uyğun şəxsləri təqdim edə bilər. Eyni zamanda bu addımla işsizlərin uçotunu da dəqiq aparmaq olar. Digər tərəfdən də məşğulluq xidmətindəki növbəlilik qaydasında qabilliyətinə, ixtisasına uyğun işlərə göndərişlər edilməlidir. Amma birbaşa qurumların özləri vakansiya elan edirsə, məşğulluq xidmətlərinin bundan xəbəri olmursa, bu, doğru yanaşma deyil. Mümkün olarsa, qanunvercilikdə bununla bağlı cərimə sanksiyalarını belə hallara görə artırmaq olar./Teleqraf


Paylaş:


Müəllif : Tarix:
21-10-2021, 21:13
Sikayət   


loading...
Загрузка...