Azərbaycanda boşanan qadının ailəsi "avtoritetlərə" müraciət etdi — DAVA DÜŞDÜ
Mingəçevirdə ailə münaqişəsi zəminində baş vermiş mübahisə kütləvi davaya çevrilib.
APA-nın Mingəçevir bürosuna daxil olan məlumata əsasən, xoşagəlməz hadisə gecə saatlarında Heydər Əliyev prospektində, köhnə Tarix Muzeyinin yaxınlığındakı ərazidə baş verib.
Belə ki, şəhər sakinləri Teymur Hümbətov, Murad Musayev, Təyyar Hüseynov, Anar Şəfiyev və Kənan Əhmədoğlunun iştirakı ilə baş vermiş mübahisə münaqişəyə və kütləvi davaya çevrilib.Məlum olub ki, dava iştirakçılarından biri T.Hüseynov iki ay öncə boşandığı həyat yoldaşının qohumları ilə mübahisəyə çağırılıb.
Deyilmiş ünvana ilk olaraq T.Hüseynovun dostları T.Hümbətov və M.Musayev yetişib. Dostların qarşısına T.Hüseynovun keçmiş həyat yoldaşının qohumları, yaxud onlarla yaxınlığı ilə bilinən və şəhərin kriminal aləmində yeni fiqurlardan hesab edilən A.Şəfiyev və K.Əhmədoğlu adlı şəxslər çıxaraq hədə-qorxu gəlib. Daha sonra mübahisə davaya çevrilib. Yalnız polis əməkdaşlarının müdaxiləsi sayəsində daha ciddi münaqişənin qarşısını almaq mümkün olub.
Əldə edilən məlumata görə, münaqişə zəminində xəsarət alanlar olub. Zərərçəkənlər Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. İyunun 6-sı üçün məhkəmə tibbekspertizası təyin olunub.
Qeyd edək ki, münaqişədə adları müəyyən olunmamış daha iki nəfərin də iştirak etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-06-2019, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-06-2019, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb