Buraxılış imtahanında narazılığa səbəb olan riyaziyyat sualları ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel tarixlərində buraxılış imtahanları keçirilib. Bu imtahandan sonra davamlı olaraq sosial şəbəkələrdə riyaziyyat fənni ilə bağlı sualalrın həddən artıq çətin olmasına dair valideynlər və abituriyentlərin narazılıqları səslənir. Hətta Lent.az-ın redaksiyasına bu məsələ ilə bağlı şikayət edən valideynlər belə oldu.
Təhsil üzrə ekspert Elçin Əfəndi Lent.az açıqlamasına qeyd edir ki, buraxılış imtahanında riyaziyyat fənni ilə bağlı keçən ilki kimi çətinlik yox idi:

Təhsil üzrə ekspert Elçin Əfəndi
“Çünki pandemiya və Vətən müharibəsi zamanı dərslərin distant şəkildə keçirilməsi və ya heç keçirilməməsi nəzərə alınaraq, bəzi mövzular imtahan suallarına salınmamışdı. Ona görə düşünürəm ki, burada valideynlər bir o qədər haqlı deyillər. Hazırlıqlı olan abituryentlər imtahan suallarını kifayət qədər cavablandıra biliblər. Texniki qüsurlar daha xarici dil fənnində müşahidə olununb. Bu problem dinləmə suallarlında yaranıb”.
Ekspert riyaziyyat fənni ilə bağlı haqlı narazılıqlar olmadığını xüsusi qeyd edir:
“Bəzi abituryentlər bildirirlər ki, suallar çətin olub. Amma Dövlət İmtahan Mərkəzi hər şeyi nəzərə alıb, suallar tətbiq etmişdi. Tədris proqramında on birinci sinfin sırf ikinci yarım ilini əhatə edən mövzuların bir çoxu sual qismində salınmamışdı. Qarşıdakı imtahanlarda da sualların çətinləşəcəyini gözləmirəm”.
Elçin Əfəndi hər il qəbul imtahanlarında sualların 3 meyara əsasən: sadə, orta, çətinliyi artırılmış olaraq təyin edildiyini vurğulayır:
“Bu dəfəki imtahanda çətinliyi artırılmış suallar bir o qədər çətin deyildi. Təəssüf ki, bu məsələdə bəzi müəllimlər çox aktiv “fəaliyyət” göstərirlər. Onlar öz şagirdlərinin nəticələrini qəbul edə bilmirlər. Bu da anlaşılandı.
Düşünürəm ki, bu yanlış fikirdi. Dövlət İmtahan Mərkəzi tam qaydalar çərçivəsində imtahanları keçirir”.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirilib ki, mərkəz tərəfindən keçirilən buraxılış (qəbul) imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır:

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə
“Mərkəz tərəfindən pandemiya şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq imtahan proqramları daha da sadələşdirilib. Hər kəs “Abituriyent” jurnalının müvafiq buraxılışlarına baxaraq bunun şahidi ola bilər.
Bu il keçirilən buraxılış imtahanlarında istifadə edilən tapşırıqların da hamısı əvvəlcədən dərc olunan imtahan proqramlarına əsaslanır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri (abituriyentləri) bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Bütün istiqamətlər üzrə keçirilən imtahanlarda bu bölgü dəyişmir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2021, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2021, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto