reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kriminal Qaraçuxur: Asim ad günündə dostu ilə yeyib-içdi və kafeni işlədən gənci öldürdü - “KABİNET”-DƏ QƏTL

reklam

Kriminal Qaraçuxur: Asim ad günündə dostu ilə yeyib-içdi və kafeni işlədən gənci öldürdü - “KABİNET”-DƏ QƏTL


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 38 yaşlı Asim Muxtarovun və xuliqanlıqda təqsirləndiriən 37 yaşlı Sənan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

regionxeberlericom.az bildirir ki, Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il fevralın 3-də paytaxtın Qaraçuxur qəsəbəsindəki “Kabinet” kafesində baş verib. Asim Muxtarovla Sənan Həsənov həmin kafedə işləyən 27 yaşlı Sahil Əlizadə ilə mübahisə ediblər. Mübahisə qansız ötüşməyib. Nəticədə ağır dərəcəli bədən xəsarətləri alan S.Əlizadə xəstəxanaya çatdırılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

A.Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq), S.Həsənov isə 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, A.Muxtarov ad gününü qeyd etmək üçün S.Həsənovla birgə Qaraçuxur qəsəbəsindəki “Kabinet” kafesinə gəiblər. Saat təxminən 20:00 radələrində hesabı ödəyib kafedən çıxarkən S.Həsənov yüksək səslə söyüş söyüb, nalayiq ifadələr işlədib. Sənanla aralarında dostluq münasibəti olan, adıçəkilən kafeni işlədən Sahil isə ona iradını bildirəndə tərəflər arasında mübahisə yaranıb. Bu zaman Asimlə Sənan Sahili döyüblər. Daha sonrasa Asim bıçaqla Sahilə zərbə endirib.

Təqsirləndirilən Asim Muxtarov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisə baş verən kafeyə ad günün qeyd etməyə getdiklərini deyib: “Sənanla uşaqlıqdan bir yerdə böyümüşük. Biz kafeyə daxil olanda Sahil üzbəüz masada oturmuşdu. Sənan onlara ad günüm olduğunu dedi, sifariş verdi. Sahil bizim masaya yaxınlaşdı, məni təbrik etdi”.

A.Muxtarovun ifadəsinə görə, yeyib-içdikdən sonra hesabı ödəyib kafedən çıxıb getmək istədikdə Sahil Sənanı mətbəxə sarı aparıb. Bir qədər Sənanı gözləyib, lakin gəlmədiyini görüncə onun arxasınca mətbəxə keçib: “Gördüm ki, Sahil Sənanı başından vurdu. Sənan özündən getdi. Kafedə işləyən Ramil gəlib dedi ki, dostunu da götür çıx get burdan. Orada başqa şəxslərdə vardı. Dedim ki, Sənan yaralıdır, ölə bilər. Bu vaxt Sahil mənim üstümə gəldi. Əlindı bıçaq olduğunu anlamadım, amma qoluma nəyinsə dəydiyini hiss etdim. Ətrafdakılar onu sakitləşdirə bilmirdilər. Daha sonra iki nəfər onu maşına otuzdurub apardılar. Sahilə kiminsə xəsarət yetirdiyini görmədim. Ola bilsin məni vurmaq istəyəndə bıçaq özünə dəyib. Sonra polislər gəldilər. Sənandan şikayətinin olub-olmadığını soruşdular. Sənan da onu vuranı tanımadığını dedi. Səhər Sənanla əlaqə saxladıqda dedi ki, Sahil bıçaqlanıb, xəstəxanada keçinib”.

Təqsirləndirilən Sənan Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində yeyib-içdikdən sonra kafedən çıxarkən Sahilin ona “mənim qonaqlarımın yanında niyə söyüş söyürsən?“ deməsinə görə narazılıq yarandığını göstərib: “Sahil məni başımdan vurdu, gözüm heç nə görmürdü. Polislər kimin vurduğunu soruşanda yıxıldığımı dedim. Mən kafedə söyüş söyməmişəm, Sahilə kimin söydüyünü də bilmirəm. Eləcə dedim ki, qurban olum, içkilisən, sabah danışarıq. Asimin, Sahilin əlində bıçaq görməmişəm. Asimin qolu yaralanmışdı”.

Zərərçəkmiş Fəxrəddin Əliyev ifadəsində mərhum oğlu Sahilin 2014-cü ildən Bakı şəhərinə gələrək müxtəlif şadlıq saraylarında ofisiant işlədiyini, hadisədən bir ay əvvəl Qaraçuxurdakı “Kabinet” çay evini Ramil adlı tanışı iləşərikli işlətdiyini göstərib: “Gecə saat 03:00 radələrində polislər zəng vurub oğlumunçay evində bıçaqlandığını dedilər. Ertəsi gün oğlum xəstəxanada öldü. Sonradan bildim ki, oğlumu Asim adlı şəxs bıçaqlayıb”.

Məhkəmənin hökmü ilə Asim Muxtarov 14 il 6 ay, Sənan Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
24-09-2020, 15:46
Sikayət   


loading...
Загрузка...