Nikaha daxil olmaq toy etməkdən də çətin oldu

Bakıda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi üçün reaktiv tapılmır. Bu barədə Sputnik Azərbaycan-a vətəndaşlar şikayət ediblər. Vətəndaş Əfruzə Ağayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nikaha daxil olmaq üçün Nəsimi rayonu üzrə 20 saylı poliklinikaya müraciət edib.
Poliklinikadan ona bildiriblər ki, qeydiyyatda olduğu Əlibəy Hüseynzadə 100 ünvanı poliklinikanın ərazisinə düşmür. Ona rayon 3 saylı poliklinikasına müraciət etmək tövsiyə edilib. 3 saylı poliklinikadan isə Nəsimi rayonu üzrə nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsinin yalnız bir poliklinikaya - 20 saylı poliklinikaya həvalə olunduğunu bildiriblər.Sputnik Azərbaycan problemi araşdırmaq üçün Nəsimi rayon 20 saylı poliklinika ilə əlaqə saxlayıb. Poliklinikadan Sputnik Azərbaycan-a bildirilib ki, nikaha görə tibbi müayinə üçün analiz reaktiv olmadığı üçün aparılmır: "Bizdə reaktiv yoxdur, bunu nazirlik səviyyəsində də bilirlər. Ona görə də ərazidə yaşayan vətəndaşlardan qan analizi götürə bilmirik. Vətəndaş "ASAN xidmət" mərkəzinə müraciət etsin".
Qeyd edək ki, poliklinikalarda qan analizinin nəticəsi daha tez verildiyi üçün nikaha təcili daxil olmaq istəyən şəxslər əsasən qeydiyyatda olduqları ünvan üzrə poliklinikalara üz tuturlar. Poliklinikalar isə reaktiv olmadığı üçün analiz götürməkdən imtina edirlər. "ASAN xidmət" mərkəzlərində isə bu müayinənin cavabı iki həftədən tez verilmir.
Səhiyyə Nazirliyindən isə sorğumuza cavab veriləcəyi bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2020, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2020, 11:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb