reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah temperatur 26 dərəcəyə çatacaq

reklam

Sabah temperatur 26 dərəcəyə çatacaq


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava müşahidə ediləcək. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək


Paylaş:


Müəllif : Tarix:
27-04-2019, 13:25
Sikayət   


loading...
Загрузка...