Azərbaycanda ilk dəfə milli pomidorlar yetişdirilir – “Bönövşə, Şəlalə...”

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun müasir innovativ toxumçuluq istixanalarında respublikamızda ilk dəfə pomidorun yeni sort və hibridlərinin yaradılması istiqamətində iş aparılır.
Bu barədə tərəvəzçilik elmi-tədqiqat institutunun direktoru Elmar Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, institutun istixanalarında dünyanın müxtəlif ölkələrində yetişdirilən pomidorlardan seleksiya üsulu ilə keyfiyyətli toxumlar əldə edilir: "Ölkəmizdə ilk dəfə institutumuzda seleksiya toxumçuluq işləri dünyada mövcud olan ən müasir, yeni innovativ üsullarla həyata keçirilir. Hazırda pomidorun 150-dək sort nümunəsi üzərində iş aparılır. Alınan yeni sort və hibridlər əvvəlcə yoxlanılır, keyfiyyəti, məhsuldarlığı, xəstəliyə davamlılığı yüksək olanlar qeydiyyata alınır və toxumları əldə edilir. "Bənövşə”, "Şəlalə” və "Şahin” sortları məhz müasir seleksiya üsulu ilə alınan ilk milli sortlardır və qeydiyyatdan keçirilib. Məhsuldarlıqları digərləri ilə müqayisədə 30-40 faiz çoxdur”.
Qeyd edək ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bir müddət öncə laboratoriya şəraitində virussuz sağlam kartof toxumları da əldə olunub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-03-2019, 19:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-03-2019, 19:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58
8-09-2025, 13:56
8-09-2025, 09:46

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb