reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Gülalıyevin müalicəsi üçün pul yığılmadı, biz bu qədər acizik?” - Bloqqer Mehman Hüseynov

reklam

“Gülalıyevin müalicəsi üçün pul yığılmadı, biz bu qədər acizik?” - Bloqqer Mehman Hüseynov

“Biz bu qədər aciz qalmışıq? Biz bu qədərmi zəifləmişik? Oqtay bəy bir hüquq müdafiəçisi kimi həmişə öz işinin öhdəsindən gəlib, əlindən gələni edib. Amma Oqtay bəy bir neçə gündü ağır vəziyyətdə xəstəxanada yatır və bu günlər onun müalicəsi üçün nəzərdə tutulan məbləği toplamaq üçün çətinliklər olub”.
Bunu bloqqer Mehman Hüseynov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı bir çox şəxs dəstək üçün ictimaiyyətə səslənib: “Çox təəssüf edirəm ki, biz Oqtay bəy üçün nəzərdə tutulan məbləği yığa bilmədik. Mən bilmirəm niyə bu yardım yığılmadı. Bu qədərmi çətin oldu bir dostumuzun müalicəsinə kömək etmək? Yəni bir adam sağlığında öz həyatını riskə qoyub iş görür, mübarizə aparır. Amma çətin duruma düşəndə biz heç nə edə bilmirik?

Biz bu vəziyyətdə nə etməliyik? Necə etməliyik? Kimə sığınmalıyıq?”

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi O.Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi O.Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Hazırda O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılır.

 




Paylaş:


Müəllif : Tarix:
6-11-2019, 14:37
Sikayət   


loading...
Загрузка...