“Bu şəxslər Rusiyanı tərk etməlidir”

Rusiyada miqrantlarla bağlı qaydalar bir qədər də sərtləşdirilə bilər.
TASS xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev danışıb.
Nazir bildirib ki, işdən qovulan, eləcə də universitetdən xaric edilən, barmaq izi məlumatlarını təqdim etməyən şəxslər ölkə ərazisini tərk etməlidir:
“İşini itirən, universitetdən xaric edilən, daktiloskopiyadan keçməyən, rus dilini öyrənməyən və Rusiya cəmiyyətinə fayda gətirməyən şəxslər ölkəmizi tərk etməlidir”.
Xatırladaq ki, fevralın 5-dən Rusiyada qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı miqrasiya rejimi qüvvəyə minib. Bu tədbirlər çərçivəsində, qanunsuz miqrantlar xüsusi reyestrə daxil ediləcəklər və sözügedən reyestr bir sıra məhdudiyyətlər, qadağalar, eləcə də deportasiyanı nəzərdə tutur.
Sözügedən miqrasiya rejimi çərçivəsində qanunsuz miqrantların ayrı-ayrı hüquq və azadlıqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Onlar, əsas olaraq daxili işlər orqanlarının icazəsi olmadan yaşayış və yaxud müvəqqəti qalma yerini dəyişə, yaşadığı regiondan kənara çıxa, nəqliyyat vasitəsi idarə edə, daşınmaz əmlak ala, bankda depozit aça və yaxud digər bank əməliyyatları həyata keçirə bilməyəcəklər.
Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.
Onu da bildirək ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə, məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-06-2025, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto