"Buna görə də barmaq izi ilə böyük kreditlərin verilməsi düzgün deyil" - ETİRAZ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb. Bu barədə nazirlik məlumat yayıb.
Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdirəcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim edəcək.
Mövzuya münasibət bildirən bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, barmaq izi ilə kiçik kreditlərin verilməsi dünyada kifayət qədər geniş yayılıb:
"Bütövlükdə barmaq izi sırf vətəndaşın eyniləşdirilməsinə xidmət edir. Bu, dünyada kifayət qədər geniş yayılıb. Barmaq izləri ümumiyyətlə, unikal bir şeydir. Yəni barmaq izlərini saxtalaşdırmaq mümkün deyil. Hətta bu günləri müəyyən ofislərə giriş barmaq izləri ilə həyata keçirilir".
Ə.Həsənov vurğulayıb ki, qanunvericilik tələb edir ki, istənilən müqavilə bağlayan şəxs ilk növbədə eyniləşdirilməlidir:
"Yəni bilinməlidirlər ki, bu kimdir, həmin adamdır, yoxsa yox. Bankda da bunlar müəyyənləşdirildikdən sonra təbii ki, həmin şəxsin kredit tarixçəsinə baxmaq mümkün olur. Daha sonra həmin şəxsə müəyyən kiçik məbləğdə kredit verilir. Amma sual oluna bilər ki, niyə bu kreditlər iri məbləğ olmur? Yəni bu, sui-istifadə hallarının olmaması üçün belədir.
Bəlkə kimsə gəlib kimisə məcbur edir ki, barmaq izi ilə kredit alsın. Əlbəttə ki, bu halları bank barmaq izi ilə müəyyən edə bilmir. Buna görə də barmaq izi ilə böyük kreditlərin verilməsi düzgün deyil.
Amma barmaq izi müasir dünyanın mütərrəqilik aspektlərindən biridir. Pandemiya dövrü üçün isə bu, xüsusilə aktualdır. Bu günləri ölkəmizdə sürətlə rəqəmsallaşma tədbirləri həyata keçirilməkdədir.
Yəni bu gün ölkəmizdə duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının rəqəmsallaşmasıdır. Çünki iqtisadiyyatımızda rəqəmsal transformasiya olmalıdır ki, insanlar maksimal olaraq distant şəkildə müəyyən xidmətlərdən istifadə edə bilsinlər".
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2021, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2021, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II