Nuriyevin bankında narahatlıq: 22 milyonluq problem
“Rabitəbank”ın problemli kreditləri artmaqda davam edir.
Bankın problemli kreditləri 2024-cü ilin IV rübünə nisbətən 2025-ci ilin I rübündə 2,49 milyon manat və ya 10,4% artaraq 26,36 milyon manata yüksəlib. Əvvəlki dövrdə bu rəqəm 23,87 milyon manata bərabər idi.
Bu artım, bankın ümumi kredit portfelində problemli kreditlərin payının da artmasına səbəb olub. Belə ki, həmin dövrdə problemli kreditlərin ümumi portfeldə çəkisi 2,8%-dən 3,0%-ə yüksəlib.
"Rabitəbank"da ən böyük problemli kredit artımı biznes kreditləri portfel üzrə qeydə alınıb. Burada artım 2,09 milyon manat və ya 10,4% təşkil edərək, 20,07 milyon manatdan 22,15 milyon manata çatıb.
Problemli kreditlərdə digər bir nəzərə çarpan artım istehlak kreditləri portfelində baş verib. Bu seqment üzrə problemli kreditlər 404 min manat artaraq 3,75 milyon manatdan 4,16 milyon manata yüksəlib.
Cüzi həcmdə də olsa, bankın daşınmaz əmlak seqmenti üzrə də problemli kreditlərində artım qeydə alınıb və məbləğ 52 min manatdan 55 min manata yüksəlib.
Hesabat dövründə bankın ümidsiz kreditləri isə 18,69 milyon manatdan 19,03 milyon manata çatıb.
Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilən kreditlər problemli kreditlər hesab edilir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6%-I Əliyev Rauf Zeynal oğluna, 20,13%-i Abbasova Validə Maarif qızına, 14,45%-i bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğluna, 14,51%-i Nuriyev Seyran Əlibaba oğluna, 9,11%-i isə Nuriyeva Dilarə Nəsrəddin qızına aiddir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2025, 08:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var