Şok! Aysel Şükürovanın əkizləri atasız qaldı – “İYRƏNİRƏM!”
Tanınmış bloqer, "Bakı Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova şəxsi sosial şəbəkə hesabında emosional paylaşım edərək yenidən diqqət mərkəzinə düşüb. O, övladlarının atası tərəfindən rəsmən imtina olunmasından və yaşadığı çətinliklərdən söz açıb.
Bloqer hadisənin detallarını izləyiciləri ilə bölüşüb:
"Bir adam ki, aliment verməmək üçün uşaqlarından imtina edər, uşaqların öz qulağı ilə bunu eşidərsə, belə birinə nə ad verərsiniz?
Bu gün Nəsimi Rayon İcra Şöbəsinə getdim, Vüqar Qaralovun qəbulunda olduq. Əkizlərin atası da cinayət işi çərçivəsində dəvət olunmuşdu. Qarşı tərəf otaqda olan digər kişilərin və öz övladının qarşısında açıq şəkildə 'uşaqlardan imtina edirəm' dedi. İcra nümayəndəsi Vüqar Qaralov isə ona bildirib ki, qanuna əsasən uşaqlardan imtina etməyi seçsə belə, aliment ödəmək öhdəliyindən azad olunmur".
Sonda Aysel Şükürova bildirib ki, keçmiş əri Oqtay Əhmədov dostlarına uşaqları bir daha görmək istəmədiyini deyib.
"Hansı uşaqları ki, hər birinin sağlamlıq problemi var. Həm sənin yerinə utanıram, həm də iyrənirəm..." – deyə bloqer bildirib.
O, bundan sonra övladlarına həm ata, həm ana olacağını qeyd edib:
"Allah mənə o qədər güc versin ki, mən uşaqlarıma baxa bilim. Heç nə demirəm, Allaha tapşırıram bu günü! Övladın eşidə-eşidə sən öz övladlarından imtina etməyə çalışdın! Allah mənə o qədər güc versin ki, mən onları sağaldım. Təkbaşına! Son nəfəsimə qədər uşaqlarımı atmayacağam. Mən siz deyiləm! Mən onlara həm ata, həm ana olaram!"
Qeyd edək ki, Aysel Şükürova illər öncə toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi. A.Şükürova ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla rəsmi şəkildə boşanıb. Onun ilk həyat yoldaşı Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.
O, ötən il eşq yaşadığı bəydən Kapadokiya tətilində hava balonları ilə gəzinti zamanı evlilik təklifi almışdı. Bloqer sevgilisinə “hə” dediyini açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2025, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto