Azərbaycanda bu sahə üçün həyəcan təbili – QITLIQ OLACAQ?
Son günlərdə ölkə ərazisində müşahidə olunan dəyişkən və qeyri-sabit hava şəraiti kənd təsərrüfatına ciddi təsir göstərməkdədir. Yaz fəslinin ortasında intensiv yağıntıların və soyuq havanın davam etməsi bağlarda çiçəkləmə prosesinə, taxıl və biçənək sahələrinə, ümumilikdə isə məhsuldarlığa mənfi təsir edir. Torpağa yeni əkilmiş toxumlar istisna olmaqla, bu cür hava şəraiti bir çox sahədə fəsadlara yol açır.
Əgər bu tendensiya uzun müddət davam etsə, mövsümün məhsul bolluğuna təsiri necə olacaq?
İqtisadçı Akif Nəsirli bu barədə sualları açıqlamasında cavablayıb. O, məhsuldarlığın aşağı düşmə ehtimalını təsdiqləyib:
“İndiki hava şəraiti kənd təsərrüfatına xeyirdən çox ziyan vurur. Ağacların çiçəklədiyi bir dövrdə müşahidə olunan intensiv yağıntılar bağlarda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Bundan əlavə, yağış və güclü külək biçənəklərə, həmçinin taxıl zəmilərinə ciddi zərər yetirir. Belə hava şəraiti yalnız torpağa yeni əkilmiş toxumlar üçün qismən əlverişli sayılır.
Kənd təsərrüfatı üçün hava şəraiti həlledici rol oynayır. Bu cür qeyri-sabit durum qısamüddətli olarsa, təsirləri də məhdud olar. Lakin uzunmüddətli davam edərsə, bitkilərin yerüstü hissələrinə mənfi təsir göstərəcək, vegetativ inkişafı dayandıracaq və meyvə-tərəvəzin bazara çıxmasını gecikdirəcək”.
Ekspert qiymətlərdən də söz açıb:
“Artıq bir həftədir ki, ölkə ərazisində fasiləsiz yağıntı müşahidə olunur. Proqnozlara görə, gələn həftənin ilk günlərindən etibarən hava temperaturunun yüksələcəyi gözlənilir. Əgər bu məlumatlar təsdiqini tapsa, kənd təsərrüfatında ciddi problemlərin yaşanmayacağı ehtimal edilir. Lakin soyuq hava şəraiti davam edərsə, xüsusilə meyvə bağlarında məhsuldarlığın ciddi şəkildə azalacağı istisna olunmur.
Həmişə olduğu kimi, ilk nübar məhsullar bazara çıxanda qiymətlər yüksək olacaq. Daha sonra isə məhsuldarlığın artması ilə qiymətlərin ucuzlaşacağı proqnozlaşdırılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-04-2025, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto