reklam
Regionxeberlericom.az » Cəmiyyət » 500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi

reklam

500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi
















Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1 686 müəllim iştirak edib. Onlardan attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.

RegionXəbərləricom.az Lent.az-a istinadla xəbər verir ki, müəllimlərdən 56 nəfər (11.4%) ali, 436 nəfər (88.6%) orta ixtisas təhsillidir.

56 nəfər ali təhsilli uğur qazanmayan müəllimlərdən 26 nəfəri Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasının, 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 6-sı Azərbaycan Milli Konservatoriyası, 4-ü Naxçıvan Dövlət Universiteti, 1-i Lənkəran Dövlət Universiteti, 1-i isə Rəssamlıq Akademiyasının məzunlarıdır.

436 nəfər kəsilən orta ixtisas təhsil müəssisələri məzunlarından 196-sı Sumqayıt Musiqi Kolleci, 135-i Bakı Musiqi Kolleci, 32 nəfəri Şuşa Musiqi Kolleci, 18 nəfəri Şəki Musiqi Kolleci, 15 nəfəri Gəncə Musiqi Kolleci, 14 nəfəri Ağdam Musiqi Kolleci, 12 nəfəri Bakı Humanitar Kolleci, 7 nəfəri Naxçıvan Musiqi Kolleci, 4 nəfəri Lənkəran Musiqi Kolleci, 2 nəfəri Şuşa Humanitar Kolleci, 1 nəfəri Altay Musiqi Texnikumunu bitirən müəllimlərdir.




Paylaş:


Müəllif : Tarix:
5-04-2025, 23:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər