“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - Fotolar

İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə təlimlərini uğurla tamamlayıb.
Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.
Layihə çərçivəsində iştirakçılar yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb.
Təlimlər zamanı onlara modelyer-dizayner peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib.
Praktiki biliklərlə yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.
Sosial məsuliyyəti əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən “Nar” inklüzivlik, təhsil və regional inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-01-2025, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto