Vəkil vəsatət qaldırdı: ATV aparıcısı istintaq sirrini açıb
Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
RegionXəbərləricom.az teleqraf.com-a istinadla xəbər verir ki, prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O bildirib ki, ATV-də, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, aparıcı efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.
Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.
Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyib. O, sözügedən verilişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.
Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib.
Daha sonra müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərara görə, vəkilin vəsatəti qismən təmin olunub və Xaliqə Əliyevaya xəbərdarlıq edilib.
İttihama görə, qətl hadisəsi bu il martın 6-da, gecə saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2024, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var