Nazirlik nə üçün qızılcaya görə distant tədrisə keçmir ?

Elm və Təhsil Nazirliyi ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir.
İndiyədək cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir.
Maraqlıdır ki, hazırda Nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki ilıərdən daha çoxdur.
Doğrudur, indiyədək də, ETN distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməyib.
İndiki halda tətbiq olunan metod ən yaxşı halda "distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili" hesab oluna bilər.
Hansı ki, buna, qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmazdı.
Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb.
Düşünürəm ki, hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq distant tədirsə keçmək daha təhlükəsiz və faydalı ola bilərdi.
Bildiyim qədər Nazirliyin Virtual məktəb platforması tam işlək vəziyyətdədir, Video.edu.az rəqəmsal platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur.
Düşünmək olar ki, Nazirlik indiki halda Covid dövrünə nisbətən distanta daha çox hazırdı.
Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər.
Fikrimcə kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmazdı.
Belə olan halda, düşünürəm ki, ETN-nin qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olardı.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-12-2023, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb