Şəkidə sakinlər avtomobil yolunu bağladılar – Video + Açıqlama
Şəkinin Daşüz kənd sakinlərinin avtomobil yolunu bağladıqları bildirilir.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, sakinlər evlərinin sel fəlakətinə görə su altında qaldığını, rəsmi qurumlardan yardım və dəstək istədiklərini bildiriblər.
Sakinlər icra hakimiyyətinin onların problemi ilə maraqlanmadığını qeyd ediblər.
Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya açıqlama verilib.
“İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib. Dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib. Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”, - açıqlamada bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2023, 22:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...