“Polis şöbəsində döyüldüm, zorlanmaqla hədələndim…” - İctimai fəala 7 il iş verildi
Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan 6 nəfərdən daha birinə – ictimai fəal Malik Rzayevə hökm oxunub.
RegionXəbərləricom.az Meydan TV-yə istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, Malik Rzayev saxlanılarkən cibindən narkotik tapılıb. Malik Rzayev isə bu ittihamın saxta olduğunu, Almaniyada olarkən sosial mediada Azərbaycan hökumətini tənqid edən paylaşımlarına, insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb.
Narkotikin cibinə polislər tərəfindən atıldığını deyən Malik Rzayevin sözlərinə görə, ona aidiyyəti olmayan cinayətlə bağlı etiraf ifadəsinə imza atmaq üçün ağır işgəncələr verilib. Onun sözlərinə görə, Sumqayıt Şəhər Polis İdarəsində döyülüb, şpaqat açmağa məcbur edilib, zorlanmaqla hədələnib:
“Polis şöbəsində döyüldüm, şpaqat açmağa məcbur edildim, zorlanmaqla hədələndim…”
Malik Rzayevin vəkili Nemət Kərimli də ittihamın əsassız olduğunu, müvəkkilinin hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, Malik Rzayevin yaxınlarıyla müqavilə bağlayıb, vəkili olduğu halda, uzun müddət onunla görüşə bilməyib. Bu müddətdə Malik Rzayev bir neçə dəfə istintaq təcridxanasından çıxarılıb aparılıb. Müdafiəçi vurğulayıb ki, bütün bunlar müdafiə hüququnun kobud şəkildə pozulmasıdır.
Nemət Kərimli də çıxışında, Malik Rzayev özü də son sözündə bəraət hökmü çıxarılmasını istəyib. Lakin hakimlər onun haqqında 7 illik həbs hökmü çıxarıb.
Malik Rzayevin yaxınları bildirib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriləcək.
Almaniyadan deportasiya olunandan sonra ictimai-siyasi fəallardan 6 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə xəsarət yetirmə ittihamı verilib. Malik Rzayevdən əvvəl Pünhan Kərimliyə də narkotik ittihamıyla hökm oxunub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Pünhan Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Onun haqqındakı hökmdən verilmiş şikayətə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
Həbs olunan fəallar şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-09-2022, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var