Bakıda SÖKÜNTÜ işlərinin hansı ərazilərdə aparılacağı MƏLUM OLDU - Kompensasiyalar ödəniləcək
Bakı şəhərinin hansı ərazilərində köçürülmə-abadlıq işləri aparılacağı məlum olub.
RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.
13:50
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.
Mənbədən bildirilib ki, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır.
Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Qeyd olunub ki, Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcəkdir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb ediləcək.
Paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuş və bu gündə ön planda dayanır.
Ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, ekspotensialı tükənmiş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır.
Hazırda beynəlxalq nəqliyyat-logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi-tranzit və geosiyasi əhəmiyyətini daha da yüksəldir.
Bununla yanaşı qeyd olunmalıdır ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.
Məlumata görə Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, "yaşıl və təmiz şəhər" prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2025, 14:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto