
Ağadadaş Ağayev “Medera Hospital”la barışdı
Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
RegionXəbərləricom.az report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub.
Notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
Ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2025, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
RegionXəbərləricom.az report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub.
Notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
Ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.
Paylaş:
Oxşar Xəbərlər


Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto
